"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?!"- Xalq artisti xalqa səsləndi

"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?!"- Xalq artisti xalqa səsləndi

Xalq artisti Zülfiyyə Xanbabayeva sosial media hesabında paylaşdığı postla diqqət çəkib.

BiG.AZ xəbər verir ki, koronavirus səbəbi ilə evinə sığınan müğənni digərlərindən fərqli olaraq çoxsaylı paylaşımlar etmir. Gözlərdən uzaq olan sənətçi yeni paylaşımı ilə izləyicilərin diqqətini çəkib. Hər kəs kimi virusun yaranması və yayılmasından narahatlıq keçirən Xanbabayeva foto paylaşaraq geniş şərh yazıb:

"Günlərdir düşünürəm. Baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən...Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə? Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?! Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeydən düşünək. Tətildən yox, panikadan yox, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək. İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil! Dualarımızı əksik etməyək!"

İzləyicilər xalq artistinin postunu bəyənərək onun fkirlərinə qatılıblar. "Heç nəyin qədrini bilmədik" sözləri ilə müğənninin paylaşımını təsdik etmiş olublar.

"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?!"- Xalq artisti xalqa səsləndi

Lamiyə Məmmədova


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1118 Tarix: 02.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər