"Virtual qəbul otağı"nda növbəti canlı yayım olub

"Virtual qəbul otağı"nda növbəti canlı yayım olubQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə davam etdirir.

Aprelin 1-də komitənin rəsmi Facebook səhifəsində "Virtual qəbul otağı"nın növbəti canlı yayımı gerçəkləşdirilib. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin "Miqrasiya, məskunlaşma, status və sosial təminat" şöbəsi müdirinin müavini Xəyyam Hüseynov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan "Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.
Saat 12.00-da başlanan və bir saat davam edən canlı yayım zamanı səhifənin rəy bölməsinə 160-a qədər vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti dərhal cavablandırılıb. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacacağı bildirilib.
"Virtual qəbul otağı"nda canlı yayımın getdiyi müddətdə, komitənin aparat rəhbəri Eldar Zeynalovun videoqəbulu da keçirilib. Aparat rəhbəri əvvəlcədən qəbula yazılmış 40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və "Virtual qəbul otağı"ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 725   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Argentinanın prezident sarayında "yadplanetli" görüntüləndi - VİDEO

Tanınmış ufoloq Skott Uorinq Argentinadakı prezident sarayında qəribə "məxluqun" görüntülərinə rast gəlib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, tədqiqatçı bu anomaliyanı "Google Earth" xidmətindən istifadə edərkən aşkarlayıb. Onun fikrincə, bu, Argentina prezidentini "güdən"

29.06.2020 6809
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111