Azərbaycan millisinin üzvləri həbsdən ev dustaqlığına buraxıldı

Azərbaycan millisinin üzvləri həbsdən ev dustaqlığına buraxıldı
Azərbaycan millisinin sabiq futboluçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyev ev dustaqlığına buraxılıb.

Bu barədə "Report"a basketbolçunun vəkili Zaur Niftəliyev məlumat verib.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsində Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki idmançının ev dustağı olması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, idmançıların koronavirusla bağlı ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. İstintaq zamanı hər iki şəxsin danışılmış oyunlarda iştirakı aşkarlanıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1181 Tarix: 01.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər