Telegramda koronavirus stikerləri və bir çox digər YENİLİKLƏR

Telegramda koronavirus stikerləri və bir çox digər YENİLİKLƏR

WhatsApp və Messenger-in ən böyük rəqibi olan Telegram yeni funksiyaları istifadəçilərə təqdim etməkdə liderdir. Rəqiblərindən daha stabil işləməsi, daha təkmilləşmiş funksiyalarının olması səbəbilə lider olan Telegram, 6.0 versiyasına yeniləndi. Bu yenilənmə ilə yenə bir çox funksiya tətbiqə əlavə edildi.

Telegram, günlük 200 milyon aktiv istifadəçiyə malik Rusiya mərkəzli mesajlaşma tətbiqidir.

Telegramda koronavirus stikerləri və bir çox digər YENİLİKLƏR

Telegram, tətbiqinə əlavə olunan yeniliklər aşağıdakılardır:

Qruplarla və insanlarla olan söhbətləri "Qovluqlar (Folders)" adlı yeni bir bölmədə toplamaq mümkün olacaq.

1.000- dən çox istifadəçisi olan qruplarda birdən çox statistik məlumata eyni anda baxmağı mümkün edən "Qrup Statistikası" adlı yeni funksiya əlavə olundu.

Covid-19 koronavirusu ilə əlaqəli animasiyalı stiker paketi əlavə olundu.

Ana səhifəmizin yuxarı hissəsinə istədiyimiz söhbətləri "Pin"-ləmək olacaq. "Pin"-lədiyimiz mesajlar həmişə digər mesajlardan yuxarıda görünəcək

Səsli və görüntülü mesajların qeyd olunması zamanı yeni animasiyalar görünəcək. Lakin bu sadəcə Android versiyaya aiddir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 902 Tarix: 01.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər