Təhsil Nazirliyi vətəndaşlara müraciət edib: Təxribatçıların alətinə çevrilməyin

Təhsil Nazirliyi vətəndaşlara müraciət edib: Təxribatçıların alətinə çevrilməyin"Sosial şəbəkələr bir tərəfdən doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır".

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

O qeyd edib ki, təhsillə bağlı xəbərlər adətən kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir: "Çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var. Mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən Nazirlər Kabinetinin və Təhsil Nazirliyin rəsmi saytından "skrinşotlar" və s. yayılıb. Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb".
Nazirlik rəsmisi əlavə edib ki, bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb:

"Bu hərəkətlərin arxasında duran insanlardan cəmi 2 xüsusiyyət tələb olunur:
1. İnternetə çıxışın olması.
2. Vicdanın olmaması.

Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Sağlamlıq həm fiziki, həm də psixi sağlamlıq deməkdir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.

Bu həmrəyliyin bir təzahürü olaraq hər birinizdən xahiş edirəm ki, mənbəyi bəlli olmayan məlumatları (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən bir-birinizə ötürməyin. Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu sms-lərə, Feysbuka, Votsaplara, Teleqramlara, İnstaqramlara və daha hansı qramlarda kütləvi şəkildə paylaşmayın. Bunu etməklə, siz təxribatı törədən şəxsin alətinə çevrilirsiniz və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz.

Məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkədəki səhifələrinə istinad edin. Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslara yerləşdirilir. Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2331   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

20:32 0
.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". Bu sözləri BİG.AZ-a politoloq Zaur Məmmədov deyib.

17.04.2024 413
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

21:30 0
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 279
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

20:30 0
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 263
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 523
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

15:57 420
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

09:51 882