Avtomobilin sükanı arxasında oturan it sürət həddini aşdı

Avtomobilin sükanı arxasında oturan it sürət həddini aşdı

ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) polis saatda 160 kilometr sürətlə hərəkət edən avtomobili təqib edib.

“Daily Mail” xəbər verir ki, avtomobil, polisin müvafiq əmrlərinə tabe olmayaraq, hərəkəti davam etdirib.

Maşını yalnız yola tikanlı lent sərərək saxlamaq olub.

Nəqliyyat vasitəsinə yaxınlaşan polislər sükan arxasında pitbul cinsinə aid iti gördükdə şoka düşüblər.

Onun narkotik maddələrin təsiri altında olan 51 yaşlı sahibi Alberto Tito Alehandro itinə maşın sürməyi öyrətdiyini bildirib.

Sərnişin oturacağında oturan kişi əyləclərə basaraq pitbula maşın sürməkdə kömək edirmiş.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1211 Tarix: 01.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər