Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının hazırkı durumu açıqlandı

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının hazırkı durumu açıqlandı
“Koronavirus diaqnozu qoyulan 62 yaşlı Marneuli sakininin hazırkı ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

O deyib ki, qadın həm də şəkər diabeti xəstəsidir: “Bununla yanaşı pasiyentdə ürək çatışmazlığı da var və o, həkimə çox gec müraciət edib”.

L.Ratiani qeyd edib ki, klinikada koronavirusdan müalicə olunan 79 və 80 yaşlı pasiyentlərin də vəziyyəti qənaətbəxşdir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1123 Tarix: 01.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər