Ekspert: "Zərurət olmadan avtobuslardan istifadə edənlər cəzalanmalıdır"

Ekspert: "Zərurət olmadan avtobuslardan istifadə edənlər cəzalanmalıdır"Koronavirus pandemiyasının ölkədə yayıldığı belə bir həssas dövrdə ictimai nəqliyyat sektorunda da lazımi tədbirlər həyata keçirilib. İctimai nəqliyyat vasitələrinin virusun yayılması baxımından təhlükəli olduğunu nəzərə alaraq Bakıda metronun fəaliyyəti dayandırılıb, insanlara zəruri olmadığı halda evdən çıxmamaq və avtobuslardan istifadə etməmək barədə xəbərdarlıq edilib. Təəssüf ki, bir sıra insanlar hələ də qaydalara etinasız yanaşırlar.

Nəqliyyat üzrə ekspert Natiq Nazimoğlu "Report"a açıqlamasında bildirib ki, bu cür insanlara qarşı sərt tədbirlər həyata keçirilməlidir:

"Digər ölkələrə baxdıqda bizdə polis karantin şəraitində insanlarla çox nəzakətlə davranır, onlara mədəni şəkildə xəbərdarlıqlar edir. Təəssüf ki, bəzi insanlar bu cür rəftardan sui-istifadə edirlər. Dəfələrlə insanlara sosial şəbəkələr, televiziya kanalları vasitəsilə müxtəlif çağırışlar edilib, polis tərəfindən xəbərdarlıqlar irəli sürülüb, lakin bəzi insanlar bunlara hələ də məhəl qoymurlar. Qaydalara bu cür məsuliyyətsiz yanaşan insanlara qarşı daha sərt tədbirlər həyata keçirilməli, zəruri olmadığı halda avtobuslardan istifadə edənlər cəzalanmalıdır. Hətta avtobus müəyyən limitdən artıq sərnişin götürərsə avtobusun məxsus olduğu daşıyıcı şirkət və sürücü də cəzalanmalıdır. Çünki bu dəqiqə çox həssas vaxtdır. Dövlət öz öhdəsinə düşənləri artıq edib. İndi vətədaşlardan tələb olunan məsuliyyətli olmalarıdır. İnsanlar bilməlidir ki, tətbiq edilən bütün qadağalar onların xeyrinədir. İctimai nəqiliyyatda virus daha surətlə yayıla bilər. Çünki burada insanlar arasında yaxın təmas olur. Əgər insanlar zəruri olmadığı halda belə evdən çıxsalar bu zaman avtobuslarda sərnişin sıxlığının qarşısını almaq çətin olacaq. Nəzərə alaq ki, artıq metronun da fəaliyyəti dayandırılıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831