Azərbaycanlı müğənniyə təcavüz etdiyi deyilən türkiyəli iş adamı: "Biz sevgili idik"

Azərbaycanlı müğənniyə təcavüz etdiyi deyilən türkiyəli iş adamı: "Biz sevgili idik"Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın təcavüz və şantajda günahlandırdığı iş adamı Levent Mümin bütün ittihamları rədd edir.

BAKU.WS xəbər verir ki, türkiyəli iş adamı ARB TV-də yayımlanan "Show news" verilişinə müsahibəsində sənətçi ilə sevgili olduqlarını və evlənməyə hazırlaşdıqlarını deyib:

"Sevincin mediaya verdiyi açıqlamasında dediyi kimi onun meneceri yox, sponsoru olmuşam. Layihələrinə pul xərcləmişəm. Türkiyədə sənətini inkişaf etdirmək üçün evimi satdım, hamısını onun sənətinə xərclədim. Çünki biz sevgili idik, bütün çevrəmiz bilirdi. Evlənməyə hazırlaşırdıq. Mənim valideynlərim xaricdə yaşayır, onunla tanış olmaq üçün Türkiyəyə gəlmişdilər. Onu sevirdim.

Xatırladaq ki, S.Ağaşirinova menecerinin evlilik təklifini qəbul etmədiyi üçün problemlərlə üzləşdiyini açıqlamışdı:

"Hadisə 2 il əvvəl baş verib. Bildiyiniz kimi, 3 ildən çoxdur, Türkiyədə yaşayıram, karyeramı burada davam etdirirəm. Ona görə də menecer Levent M-lə çalışmağa başladım. İlk vaxtlar işbirliyimiz gözəl alınırdı. Sonra onun hərəkətləri məni narahat etməyə başladı. Bir neçə dəfə məni sevdiyini, evlənmək istədiyini dedi. Evlilik təklifini qəbul etmədiyim üçün mənə qarşı zorakılıq etməyə başladı, şantaj olunurdum. Deyirdi ki, özünü dənizə atacaq, öldürəcək. Bundan başqa, məni Azərbaycanda biabır etməklə, Türkiyədə qalmağıma imkan verməməklə, öldürməklə hədələyirdi. Mən də hücumlardan bezib polisə gedərək şikayət ərizəsi yazdım. Polis uzaqlaşdırma qərarı çıxartdı, mənə nə zəng edə, nə yaxınlaşa bilərdi. Amma o yenə də zəng etməyə davam etdi. Ona görə iş məhkəmədədir".

Qeyd edək ki, Sevincin şikayəti əsasında Leventin 5 il həbs cəzası istənilib. Məhkəmə yaxın günlərdə qərar çıxaracaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4209   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1421
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 246
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 1027
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 373
.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

19.04.2024 312
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 587
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 659
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1467
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 404