Koronavirusu məhv edən maye ixtira edildi

Koronavirusu məhv edən maye ixtira edildi

Rusiyanın “Skolkovo” mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı səmərəli mübarizə aparmağın yolunu tapıblar.

BiG.AZ oxu.az-a istinadla xəbər verir ki, söhbət “Meqnaril” adı verilən soyuq plazma ilə işlənilən sudan gedir.

Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslər sayəsində virus hüceyrələrini məhv edə bilən “aqresiv” oksigen və hidrogen formaları yaranır.

Qeyd etmək lazımdır ki, maskaların və fərqli səthlərin təmizlənməsi üçün istifadə edilməsi mümkün olan bu maye insana təhlükə yaratmır və olduqca ucuzdur.

Hal-hazırda alimlər ixtira ilə bağlı müvafiq patentin alınması ilə əlaqədar işlər görür.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3971 Tarix: 01.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər