Rihanna gələcək planlarını açıqladı: "10 ildə dörd uşaq istəyirəm"

Rihanna gələcək planlarını açıqladı: "10 ildə dörd uşaq istəyirəm"
Məşhur müğənni Rihanna 10 ildə üç-dörd uşaq sahibi olmaq istədiyini deyib.

O, bu barədə “Vogue” jurnalına gələcək planları barədə müsahibə verərkən deyib.

32 yaşlı ulduz 10 ildən sonra evlənəcəyi adamı tapa bilməsə də, üç və ya dörd uşağının olacağını bildirib: “Bunu özüm edə bilərəmmi? Sözsüz”.

Yanvar ayında Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmil ilə üç illik münasibətlərinə son qoyan Rihanna kiminləsə görüşməməsinin onu ana olmaq planından yayındırmayacağını qeyd edib.

Sevgini valideyn olmağın əsas elementi olaraq vurğulayan Rihanna deyib: “Cəmiyyətin mənim yanlış yolda olduğumu düşündüyünü bilirəm. Uşağınızın həyatında atası yoxdursa, sizi bir ana kimi qiymətləndirmirlər”.

“Həqiqətən uşağı böyütmək üçün sevginin olması vacibdir”, - deyən məşhur müğənni ən xoşbəxt və sağlam əlaqənin valideynlə uşaq arasında olduğunu söyləyib.

oxu.az

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1156 Tarix: 31.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər