Qadın satıcıları döyən müğənni həbs olundu
Türkiyənin xalq mahnı ifaçısı Yusuf Harputlu həbs olunub. "Qafqazinfo" xəbər verir ki, buna səbəb sənətçinin iki xanım satıcıya şiddət göstərməsi və mağazaya maddi zərər verməsidir.
Zərərli şəxslər Adibeyköy polis şöbəsinə müraciət edərək müğənnidən şikayətçi olublar.
Y. Harputlu əvvəlcə məlumatı təkzib edərək şiddət göstərənin qohumu olduğunu açıqlayıb. Lakin araşdırma zamanı Yusufun təqsirli olduğu müəyyənləşib.
Hakim onu 9 ay müddətinə azadlıqdan məhrum edib.
BiG.Az


Şou biznes Baxılıb: 2452 Tarix: 01 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş