"Mikroavtobuslar, "1 manatlıq" taksilər sağlamlıq üçün böyük təhlükə yaradır" - RƏY

"Mikroavtobuslar, "1 manatlıq" taksilər sağlamlıq üçün böyük təhlükə yaradır" - RƏYKoronavirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda təhlükənin qarşısını almaq üçün metrodan istifadə müddəti minimuma (5 saat) endirilib. Bu səbəbdən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən mətro stansiyaları arasında fəaliyyət göstərən ekspres marşrut xətləri açılıb. Marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında məsafənin qorunması üçün oturacaqlardan artıq sərnişinlər avtobuslara götürülmür.

Lakin bu da bir sıra problemlərin ortaya çıxmasına səbəb olub. Belə ki, dayanacaqlarda qalan sərnişinləri kiçiktutumlu marşrutlar heç bir qaydaya əməl etmədən götürür, bəzi taksi sürücüləri isə ekspress xətlərin marşrutu istiqamətində adambaşına 1 manatdan olmaqla, 4-5 sərnişin götürərək, xidmət göstərirlər.

Mövzu ilə bağlı "Report"a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda xüsusi karantin rejiminin olmasına baxmayaraq xəstəxanalar, apteklər, marketlər və bir sıra vacib obyektlər fəaliyyətlərini davam etdirirlər:

"Təbii ki, burada əsas məsələ sözügedən sahələrdə çalışan şəxslərin daşınmasını təmin etməkdir. Evdən çıxması zəruri olmayan şəxslər isə maksimal dərəcədə evdə qalmağa çalışmalıdır ki, nəqliyyatda əlavə sıxlığın yaranmasına səbəb olmasınlar. Bəzən zəruri olmadan evdən çıxan, harasa gedən şəxslərə görə, bəlkə də, işə getməsi vacib olan şəxslər sosial məsafə qaydalarına görə həmin avtobuslara minə bilmir".
"Mikroavtobuslar, "1 manatlıq" taksilər sağlamlıq üçün böyük təhlükə yaradır" - RƏYEkspert bildirib ki, ictimai nəqliyyatda təhlükəsizlik baxımından sosial məsafə saxlanılması məsələsini BNA düzgün düşünüb:

"Lakin sərnişilər artıq başqa addımlar atmağa başlayıblar, kiçik həcmli marşrut avtobuslarına, "1 manatlıq" taksilərə əyləşirlər. Bu da özlüyündə çox böyük təhlükədir və belə şəraitdə yoluxma ehtimalını artıraraq insan sağlamlığı üçün risk yaradır".

E.Cəfərovun sözlərinə görə, BNA bu məqamda sıxlıq olan marşrut xətlərinə daxil olan avtobus sayını artıra bilər: "Vətəndaşlarımızın kiçik həcmli avtobuslardan və taksilərdən istifadəsinin qarşısını almaq üçün BNA həmçinin məcburi olaraq kiçik həcmli avtobuslara və taksilərə sosial məsafənin saxlanılması və sərnişin sayının azaldılması ilə bağlı qadağalar tətbiq edə bilər".

Son olaraq ekspert vətəndaşlara müraciət edib:

"Təəssüf ki, hələ də zəruri olmadığı halda ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarımız var. Küçələrdə isə daha çox yeniyetmələrə rast gəlmək olur ki, onlar birgə toplaşmağa daha çox maraq göstərirlər. İnsanlara müraciət edərək bildirmək istəyirəm ki, lüzum olmadan küçəyə çıxmasınlar və vacib olmadıqca ictimai nəqliyyatdan istifadə etməsinlər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1932   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459