Ekspert: "Equinor" Xəzər dənizinin potensialına inanır"

Ekspert: "Equinor" Xəzər dənizinin potensialına inanır""Qarabağ" yatağının Azərbaycanın yataqlar balansına və işlənmə fonduna daxil edilməsi və illik 2,5 milyon ton neftin bazarımıza daxil olması yaxın illərdə Azərbaycanın neft hasilatı üçün ən böyük töhfədir".

Bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

O xatırladıb ki, 2018-ci ilin mayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin "Equinor" şirkəti arasında "Qarabağ" yatağının işlənməsinə dair risk servis müqaviləsi imzalanıb:

"Bu sazişə əsasən, onlar bir qiymətləndirmə quyusu qazmalı və onun nəticələrinə görə, özlərinin bu yataqda gələcək fəaliyyətini təsdiqləməli idilər.

2019-cu ilin dekabr ayında "Dədə Qorqud" qazma qurğusu vasitəsilə həmin yataqda qiymətləndirmə quyusu qazıldı. 1998-ci ildə iki il ərzində həmin yataqda qazılmış quyulardan alınan nəticəyə nisbətən daha yüksək nəticələr əldə edildi. Yəni o zaman 16 milyon ton neft tapılmasına dair məlumat verilmişdi. İndi isə bu qazma nəticəsində yatağın daha məhsuldar layları aşkar edilib və məhsuldarlıq 60 milyon tona qədər artıb. 60 milyon ton isə 440 milyon barel neft deməkdir".

Ekspert deyir ki, indiki şəraitdə, yəni 20 ildən artıq bir müddətdə əldə olunan texnologiya və daha səmərəli qazma, işlənmə üsulları nəzərə alınıb:

"Baxmayaraq ki, hazırda neftin qiyməti əvvəlki dövrlərlə müqayisədə kifayət qədər aşağıdır. İmzalanan müqavilənin şərtlərinə uyğun olaraq, SOCAR-ın tərəfdaşı "Equinor" şirkəti bugünkü görüşdə Azərbaycanın "Qarabağ" yatağında fəaliyyətini davam etdirmək niyyətini rəsmən bildirib.

Görünən budur ki, "Equinor" şirkəti bu yataqda işləmək arzusundadır. Bu da növbəti illərdə Azərbaycanın neft hasilatının stabilləşdirilməsinin sübutudur. SOCAR prezidenti Rövnəq Abdullayevin də qeyd etdiyi kimi, bu, Azərbaycanın müstəqillik illərində ilk açılan neft yatağıdır. Yatağın adının da "Qarabağ" olması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir".

O xatırladıb ki, 2015-ci ildə "Equinor" Xəzər regionunda "Şahdəniz" kimi yataqdan çıxıb, başqa yataqlara investisiya yatırmaq qərarına gəlmişdi:

"O zaman neftin bir barelinin qiyməti 50 dollara düşmüşdü. "Equinor" indiki qərarını neftin bir barelinin 20 dollara yaxınlaşdığı zamanda verib. Bu, onu göstərir ki, Xəzərin Azərbaycan hissəsi onun açdığı yataqla bitmir. Orada "Əşrəfi-Dan Ulduzu" və "Aypara" kimi strukturlar da var. "Equinor" Xəzər dənizinin potensialına inanır".

Qeyd edək ki, martın 19-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Equinor" şirkəti Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik "Qarabağ" yatağının kəşf olunmasını elan ediblər.

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Equinor" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşi arasında görüş olub. Görüşdə "Qarabağ" yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunub, yeni istiqamətlərdə, o cümlədən, sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə "Equinor Apsheron AS" şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən, "Qarabağ" yatağının işlənməsində öz davamlı iştirakını təsdiq edib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 636   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204