Karantin həyatı: körpə atasına evdən işləməyə imkan vermədi – VİDEO

Karantin həyatı: körpə atasına evdən işləməyə imkan vermədi – VİDEO

Bildiyimiz kimi, bu günlərdə koronavirus pandemiyası səbəbindən bir çox insan evdən işləməyə məcburdur.

“Caters Clip” xəbər verir ki, bu dövrdə ən böyük çətinliyi evdə azyaşlı uşaqları olan valideynlər çəkir.

Türkiyənin Qaziantep şəhərinin sakini Məhəmməd Qorabın lentə aldığı video karantin günlərində evdə körpəsi olan valideynlərin üzləşdiyi problemi əks etdirir.

Kadrlarda 9 aylıq körpə qızın atasına işləməyə imkan vermədiyini görmək olar.

Qeyd etmək lazımdır ki, atanın cəhdlərinə baxmayaraq, diqqəti özünə çəkmək istəyən uşaq sonda qalib gəlir.

Uşaqla “mübarizə aparmaqdan” yorulan əlacsız ata bütün ixtiyarı körpəyə verməli olur.

Bu kadrlara baxan bir çox insan hal-hazırda analoji problemlə üzləşdiyini etiraf edir.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1633 Tarix: 30.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər