Məşhur hitin müəllifi koronavirusdan öldü - VİDEO

Məşhur hitin müəllifi koronavirusdan öldü - VİDEO

Məşhur "I Love Rock 'n' Roll" hitinin müəlliflərindən biri Alan Merrill, koronavirusdan 69 yaşında ölüb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə onun qızı Laura "Facebook" səhifəsində yazıb.

"Koronavirus bu səhər atamı bizdən aldı. Mənə onunla vidalaşmağa cəmi iki dəqiqə vaxt verildi... Sizə yalvarıram, bu məsələyə ciddi yanaşın. Pulun əhəmiyyəti yoxxdur. İnsanlar ölür. Sənə elə gəlir ki, bu sənin, yaxud güclü ailənin başına gəlməyəcək. Lakin bu baş verdi. Evdə qalın, özünüzə görə olmasa da, başqaları üçün ", - deyə Lora xalqa müraciət edib.



Qeyd edək ki, mərhum Alan Merrill 1951-ci ildə Nyu-Yorkda doğulub. O, 1975-ci ildə məşhur “I Love Rock`n`Roll” mahnısını Ceyk Hukerlə birgə yazıb. Mahnı 1981-ci ildə hitə çevrilib.



Natəvan Baxşiyeva


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1946 Tarix: 30.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər