Koronavirusdan ölənə qüsl verilib, kəfən geyindirilirmi?

Koronavirusdan ölənə qüsl verilib, kəfən geyindirilirmi?Yoluxucu xəstəliklər daha çox öskürək, asqırma, danışıq və təmasla selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur. Tarixdə böyük izlər buraxmış taun və vəba barəsində elm daha çox bilgiyə malik olub, artıq bunun qarşısını almaq gücündədir. Belə ki, taunun törədici mikrobunun orqanizmdən kənarda davamlılığı onlara xarici mühit amillərinin təsir xarakterindən asılıdır. Temperatur düşdükcə bakteriyaların yaşama müddəti artır. Qida məhsullarında, suda və məişət əşyalarında 3 aya qədər, qanda və bəlğəmdə 1 ay və daha çox qalır.

55 °C-də taun virusu 10-15 dəq. sonra 100 °C-də bir neçə saniyə sonra məhv olur. Vəba xəstəliyi isə daha qədim tarixə e.ə. 5-ci əsrə qədər gedib çıxan, vəba virusu təmiz olmayan ərzaqları yeməklə yaxud çirkli su içməklə, hətta çirkab suların axdığı çayın suyuna qarışarsa həmin sudan yuyulmuş ərzaqlarla yanaşı, çayda yaşayan balıqları yeməklə belə insanlarda yoluxma halları baş verib Yolxucu xəstələrin yuyulması, kəfənlənməsi və dəfn zamanı da yoluxma halları qaçılmaz olduğundan məsələni gündəmə gətirmişdir.

Tarixən dünyasını dəyişən şəxslər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Ortaçağ dövrlərində isə taun, vəba kimi xəstəliklərin yayılması nəticəsində meyitlərin insanların yaşadığı ərazilərdən kənarda dəfn edilməsi gündəmə gəlmişdir. Xəstəlik təhlükəsinin qarşısı alınması üçün bəzən cəsədlər yeraltı katakombalara yerləşdirilirdi. Nazirlər Kabinetinin "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə 4 dekabr 2018-ci il 522 saylı qərarıdır. Qərarda deyilir ki, qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafındakı ərazilərdən ən azı 300 metrlik sanitariya mühafizə zonası nəzərdə tutulmaq şərti ilə ayrılır. Eyni zamanda bura şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ayrılacaq torpaq sahələri ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin obyektləri də daxildir. Həmçinin ölən şəxslərin orqanizmində yoluxucu xəstəliklər - xüsusi təhlükəli bağırsaq bakteriyaları və ya yoluxucu xəstəliklər varsa, bu, həmin su hövzələri vasitəsilə asanlıqla yayılar. Bu yayılma daha çox şəxs əlində əlcək olmadan HİV, Hepatit B və Hepatit C, taun, vəba, və son aylarda dünyanı cənginə alan Koronavirus kimi xəstəliklərin daşıyıcısı olan meyitlə birbaşa təmasla ola bilər.

Virusdan ölən şəxsin qüsl, hənut, kəfən və dəfn məsələləri necə edilir?

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev bildirib ki, ağır infeksiyalara yoluxmuş və bu səbəbdən dünyasını dəyişənlərin həkimlərin rəyinə cəsəd virusun yoluxmasına səbəb olmazsa, onların ənənəvi qayda ilə dəfn edilməsi vacibdir.

Bütün hallarda xəstəliyin yayılmamasının qarşısını almaq üçün lazım olan tədbirləri görmək və ehtiyat etmək şərti ilə ölənlərin qüsl, hənut, kəfən və dəfn məsələləri həyata keçirilməlidir.

Əgər müsəlman yuyulmuşsa (vəfat edənin yuyulması məsafəli olmalı) və kəfənlənmişsə onu tez bir zamanda daha az insanın iştırakı ilə dəfn etmək lazımdır.

Əgər epidemyanın yayılma riski varsa cənazə namazının daha az camaatla ən əsası namaza duranların arasındakı məsafəni saxlamaqla və sürətli şəkildə qılınması daha məqsədə uyğundur.

Şəriətmizə görə yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə dövlət tərəfindən qabaqlayıcı tədbirlər çərçivəsində və həkimlərin rəyi əsasında buna maneə törədilsə qüsl etmək mümkün olmadıqda təyyəmüm edilməsi lazımdır. Əgər təyəmmümə də imkan olmasa və ya, meyyiti qüsl və ya qüsl əvəzi təyəmmüm etmədən dəfn edilməsi, meyyitə bükülmüş tibbi vasitələrin üzərindən kəfən etmək və tabutda dəfn edilməsi (bu şərtlə ki, tabutda qəbirdə qoyulduğu kimi sağ tərəfi üstə və üzü qibləyə yerləşdirilsin) icazəlidir. Allah-Təala dünyamızı ağla gələn və gəlməyən, sağalmayan xəstəliklərlə imtahan etməsin. Bu cür yolxucu xəstəliklər yayılan hallarda hər bir şəxs özünü qorumağı bacarmalı, insanların kütləvi toplaşdığı məkanlardan uzaq durmalıdır.

Bu barədə Peyğəmbərmizin (s) hədisi-şərifini xatırlamaq yerinə düşər: "Bir yerdə yolxucu xəstəlik (vəba) olduğunu eşitsəniz, oraya getməyin. Olduğunuz ərazidə də bu xəstəlik baş verərsə, o xəstəlikdən qaçmaq üçün o ərazidən çıxmayın" Qısa sözlə insan özü-özünü müalicə etməli, özünün həkimi olmalı, gigeynik qaydalara əməl etməlidir. Müsibətlər ağırlaşdıqca insanlar da Allaha duasını çoxaltmalıdır. Peyğəmbərimiz də (s) başına gələcək şeylərdən və bəlalardan qorxduğu zaman müəyyən duaları edərdi- "Allahın yaratdıqlarının şərindən (Onun) mükəmməl sözlərinə sığınıram".

Bu cür bəlalardan Allaha sığınır, xalqımızı bəla və sağalmaz xəstəliklərdən hifz etməyini diləyirəm.Bizləri bu imtahandan üzüağ çıxartsın, İnşallah".

unikal.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4232   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

18:01 202
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 341
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

17:46 284
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

20:35 111
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 862
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

20:15 82
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 505
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 372