Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ

Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ30 mart tarixi Azərbaycanın görkəmli opera müğənnisi, səhnəmizin Ərəbzəngisi, xalq artisti Gülxar Həsənovanın anım günüdür.

Modern.az-ın məlumatına görə, Gülxar İbrahim qızı Həsənova (Sultanova) 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində İbrahim ağa ilə Nabat xanımının ailəsində anadan olub.

Gülxar Həsənova üç qardaşı ilə birgə ilk təhsilini Şəmkirdəki Zəmzəm stansiyasındakı 7 illik məktəbdə alıb. Valideynləri Gülxarı həkim görmək istəyirmiş. Ona görə də məktəbi bitirəndən sonra yeniyetmə qız sənədlərini valideynlərinin təkidi ilə Bakı Tibb Texnikumuna verir. Texnikumda oxuyarkən Əli Bayramov adına Qadınlar klubunun özfəaliyyət dərnəyində də çıxış edir.

G.Həsənova Bakı Tibb Məktəbini bitirəndən sonra ali təhsil almaq üçün N.Nərimanov adına Tibb İnstitutuna daxil olur. Lakin 37-ci ilin repressiya dalğaları Gülxarın atası İbrahim ağa Sultanovun da ailəsindən yan keçmir. Ailənin yaxın qohumları Həmid Sultanov və Ayna Sultanova xalq düşməni kimi tutulduğundan Gülxar institutun birinci kursundan xaric edilir. Şəmkirdə Poçt idarəsinin rəisi işləyən atası isə vəzifədən azad olunur.

Təqiblərdən xilas olmaq üçün Gülxar soyadını gizlətmək məcburiyyətində qalır. Belə ki, o, babası Həsənin adını soyadı kimi qəbul edir.

Daha sonra G.Həsənova Bakı Teatr Məktəbində aktyorluq ixtisasma yiyələnir (1936-1939).

G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb.
Burada çalışdığı müddətdə teatrın yaradıcılarından sayılan Ağadadaş Qurbanovla tanış olur və çox keçmədən onlar ailə həyatı qururlar. 1940-cı ildə cütlüyün Hamlet adlı oğlu (gələcəyin tanınmış aktyoru Hamlet Qurbanov) dünyaya gəlir. Lakin xoşbəxt ailə həyatı uzun çəkmir. Az sonra onlar boşanırlar. Aktrisa ömrünün sonuna qədər ikinci dəfə ailə qurmayıb.
Gülxar Həsənova 1942-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olunub.

Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb.

Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradıb, uzun illər ərzində yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb.

Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və sonralar Leylinin anası, "Əsli və Kərim"də Əsli, "Koroğlu"da xanəndə qız, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında Şahsənəm, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Ərəbzəngi, Süleyman Ələsgərovun "Bahadır və Sona" operasında Təravət xanım, Şəfiqə Axundovanın "Gəlin qayası"nda Ana və digər obrazların səhnə həyatında Gülxar Həsənovanın öz möhürü, ifa tərzi var. O, bu obrazların hamısını sevə-sevə yaradıb. Amma iki obraz - Leyli və Ərəbzəngi onun yaradıcılığında xüsusi yer tutur. Bunu Gülxar xanım özü də xatirələrində etiraf edirdi.

Gülxar Həsənovanın keşməkeşli həyat tarixçəsi olub. 1943-cü ildə «Leyli və Məcnun» operasında səhnəyə çıxmağa hazırlaşan aktrisa tamaşadan əvvəl acı bir xəbər alır: qardaşının cəbhədən qara kağızı gəlmişdi. Həmin vaxt Gülxarın səhnəyə çıxacağına heç kim inanmır. Ancaq o, sarsılmağına baxmayaraq, özündə güc toplayıb həmin gün tamaşada Leyli obrazını oynayır.

"Çünki mənim həyatdakı acılarım Leylinin kədərli taleyi ilə üst-üstə düşürdü. Bu qəm-kədər yaxınlığı məni Leyli obrazı ilə daha da doğmalaşdırırdı. O, illərdə tez-tez Ərəbzəngi rolunda da çıxış edirdim. Yaşadığım mübarizə hissini, düşmənə qalib gəlmək arzusunu sanki bu obrazın vasitəsi ilə ifadə etməyə çalışırdım. Ərəbzəngi öz qəhrəmanlıq çalarları ilə tam mənim düşüncələrimlə səsləşirdi. Odur ki, bu iki obraz mənə çox doğmadır. Əslində isə mənə daha doğma olan səhnədir ki, məhz orada öz hiss və həyəcanımı, düşüncələrimi, bir sözlə yaşantılarımı yaşamışam", - deyə o, Azərbaycan radiosunun "Muğam dünyamız" proqramına danışdığı xatirələrində qeyd etmişdi.

16 noyabr 1995-ci il tarixi Gülxar Həsənovanın həyatında daha bir qara səhifəyə çevrilir. Oğlu Hamlet mədə xərçəngindən vəfat edir. Oğlunun vaxtsız ölümündən sarsılan aktrisa ömrünün son günlərinə qədər onun xatirəsi ilə yaşayır.

Oğlunun ölümündən sonra səhnə fəaliyyətini bitirən G.Həsənova 1980-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının pedaqoqu olub. O, milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib.

1982-ci ildə Gülxar Həsənova milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərə görə Xalq artisti fəxri adına layiq görülüb.

Gülxar Həsənova 2005-ci il martın 30-da dünyadan köçüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2673   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051