Postlarda giriş-çıxışa nəzarət daha da gücləndirilib - VİDEO

Postlarda giriş-çıxışa nəzarət daha da gücləndirilib - VİDEO
Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, mart ayının 19-dan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş hissələrdə postlar qurulub. Ayın 24-dən isə ölkə ərazisində xüsusi karantin rejmini tətbiq edildikdən sonra şəhər qeydiyyatında olan şəxslərin də rayonlara gedişinə qadağa icazə verilmir.

Xezerxeber.az-ın məlumatına görə, qərardan sonra Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində də müvəqqəti post qurulub. Burada avtomobillər bir-bir saxlanır, sürücü və sərnişinlərin sənədləri ciddi yoxlanır.

İlk çəkiliş apardığımız şəhərdən çıxışa nəazarət postu oldu. Burdan bir neçə sürücü və sərnişin Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olduğundan geri qaytarıldı.

Bəzi şəhər qeydiyyatında olan sürücülər isə polisə buraxılış arayışını təqdim etməklə müvəqqəti postdan keçə bildilər.

Qeyd edək ki, əvvəlki günlərlə hər üç istiqamətdə olan müvəqqəti postlarda avtomobillərin sayı azalıb. Qadağa müvəqqətidir və aprel ayının 20-dək qüvvədədir.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1530 Tarix: 29.03.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər