Alman nazirin cəsədi qatar relslərində tapıldı

Alman nazirin cəsədi qatar relslərində tapıldı
Almaniyanın Hessen əyalətinin Maliyyə naziri Tomas Şefer qatar relslərində ölü şəkildə tapılıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Visbaden Baş Prokurorluğu məlumat yayıb.

Martın 28-də yerli vaxtla saat 10:00-da qatar yollarında bir cəsədin olması xəbərindən sonra hadisə yerinə gedən heyət tərəfindən ölən şəxsin cəsədinin Maliyyə naziri Tomas Şaferə aid olduğu müəyyən edilib.

Qeyd edək ki, 2010-cu ildən bəri Hessenin Maliyyə naziri vəzifəsini icra edən Tomas Şafer, Hessen əyalətinin Baş naziri Folker Buffyenin varisi olaraq görülürdü.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2946 Tarix: 29.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər