Pozitiv olmaq üçün günə günəşlə başlayın

Pozitiv olmaq üçün günə günəşlə başlayınErkən qalxın! Günəşin doğuşunu seyr edin. Səhərin sakitliyindən və yavaş axarından zövq almağa çalışın. Səhər saatları fikirləri bir yerə toplamaq, meditasiya və dua etmək, günə köklənmək üçün çox əlverişlidir.

Prioritetlərinizi müəyyənləşdirin! İlk əvvəl sizin və ailəniz üçün əhəmiyyətli olan işlərdən başlayın. Bunu etməklə işlərin çoxluğu içində çaşıb qalmaqdan xilas olacaqsınız.

Kitab oxuyun! Bir çox məqamlara aydınlıq gətirən və daxilinizdə olan bir çox suala ətraflı cavab verəcək kitablar oxuyun.

Daha yavaş yeyin! Əgər siz yeməyi sürətlə yeyirsinizsə, üstəlik də bunu paralel nəsə iş görərək etməyə çalışırsınızsa, nə yeməkdən, nə də gördüyünüz işdən həzz ala bilərsiniz. Yavaş yeməyə çalışın, yediyiniz qidanın ləzzətini hiss edin və ondan həzz alın.

Heç bir məhdudiyyət olmayan zaman təbiət möcüzələrindən zövq alın və parkda gəzintiyə çıxın. Təbiət qoynunda istirahət etməyə çalışın və cəh-cəh vuran quşların səsindən ilham alın, təbiəti hiss edin. Dənizə gedin və dalğaların səsini dinləyin, ruhunuz dincəlsin.

Gülməli bir şey izləyin! Sizin ən çox sevdiyiniz bir komediyadan gülməli epizod, yaxud ən çox sevdiyiniz şounun maraqlı anları sizin gününüzə əlavə nikbinlik bəxş edəcək. Gözləriniz yaşarana qədər gülün … Bundan gözəl nə var?

Hobbilərinizi unutmayın! Əgər nə vaxtsa hər hansı bir layihə və ya hobbiyə başlamış, lakin müxtəlif səbəblərdən yarımçıq qoymusunuzsa, yenidən başlayın. İlk addımı atın və peşman olmayacaqsınız.

Sevdiyiniz, sizi xoşbəxt edən insanlarla zaman keçirin! Bütün gününüzü işinizə və ya fərdi məşğuliyyətinizə sərf etməyin. Gün ərzində mütləq sevdiklərinizə də vaxt ayırmağa çalışın.
İşlərinizi ardıcıllıqla görün! Əgər hər hansı bir işi təcili görmək lazımdırsa, onunla məşğul olun. Digər işlər gözləsə də olar. Hətta, digər işlər barədə fikirləşməyi də özünüzə qadağan edin. Bir neçə işi eyni zamanda görməyə çalışmaq ancaq keyfiyyətsiz nəticələrə gətirib çıxara bilər.

Çalışın xeyirxah olun, başqalarına kömək edin! Kiməsə kömək edəndə özünə də kömək etmiş olursan! İnsanlara təmənnasız yaxşılıq, qayğı və mərhəmət sizə şəxsi və iş həyatınızda kömək edəcək. Başqaları üçün bir şeylər etmək, sizin özünüzü yaxşı hiss etməyinizi təmin edər. (coaching.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1053   Tarix: 27 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505