Məkkə və Mədinədə küçəyə çıxmaq QADAĞAN OLUNDU

Məkkə və Mədinədə küçəyə çıxmaq QADAĞAN OLUNDU
Səudiyyə Ərəbistanında kral Salman bin Əbdüləziz Al Səudun təlimatı ilə Riyad, Məkkə və Mədinə şəhərlərində küçəyə çıxmaq qadağan olunub.

"Haber Global"ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin Mətbuat Katibi Məhəmməd əl-Əbd əl-Əli bəyan edib.
Onun sözlərinə görə, ölkəyə qonaq qismində gələn Əfqanıstan vətəndaşı koronavirus səbəbindən ölüb. Bundan başqa, ölkədə daha 205 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da yoluxma sayı 676-ya yüksəlib.

19.00-06.00 saatları üçün nəzərdə tutulan karantinin müddəti hələlik 21 gün müəyyən edilib. Qanunu pozanların cərimə olunacağı və həbslə cəzalandırılacağı barədə xəbərdarlıq edilib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1015 Tarix: 26.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər