Xalq artisti: "Bir nəfərin kor-koranə atdığı addım hər birimizə ziyan verə bilər"

Xalq artisti: "Bir nəfərin kor-koranə atdığı addım hər birimizə ziyan verə bilər""Koronavirus çox təhlükəlidir. Havaya, torpağa, hər yerə yayılan virusdan qorunmaq üçün ancaq evdə qalmaq lazımdır".

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Xalq artisti Əli Nur deyib.

O bildirib ki, koronavirus cavandan qocaya, uşaqdan böyüyə hər kəs üçün ciddi təhlükədir:

"Dövlətimiz insanların sağlamlıqlarını qorumaq üçün zəruri olan bütün tədbirləri görür. İnsanların toplu halda ictimai yerlərə yığılmasının qarşısı alınıb. Hökumət tərəfindən bütün iş yerləri müvəqqəti olaraq bağlanıb. Respublika ərazisində bir aylıq xüsusi rejim tətbiq olunub.

Bəzi insanlar evdə qalmaqla bağlı narazılıq edilər. Lakin düşünürəm ki, bu, çox yerində verilmiş bir qərardır. Bu, çox böyük bəladır. Vaxtilə taun, vəba xəstəlikləri yayılanda dəhşətli vəziyyət olub. İnsanlar şəhərləri tərk ediblər. Çətinliklə də olsa, bu qədər ağır xəstəliklərin qarşısı alınmışdı.

Bu gün isə günlərinin böyük hissəsini çayxanalarda, kafelərdə, parklarda keçirən, küçələrdə gəzən şəxslər bir neçə gün evdə oturmağı qəbul edə bilmirlər. Küçələrdə gəzmək, toplaşmaq həm özümüz, həm də digər şəxslər üçün təhlükəlidir. Yaxşı olar ki, evdə oturub yaxınlarımızla bir qədər zaman keçirək. Elə bilsinlər ki, məzuniyyətdədirlər. Evdə qalan yaşlı insanlara xüsusi qayğı göstərilir. Onların təqaüdlərini, maaşlarını vaxtında vermək üçün dövlət kifayət qədər vəsait ayırıb. Ümid edirəm ki, qısa zamanda bu bəladan canımızı qurtaracağıq".

Xalq artisti qeyd edib ki, hər dəfə yeni bir insanın virusa yoluxması bütün ölkə üzrə vəziyyəti ağırlaşdıra bilər:

"Dünyanın ən sivil ölkələrindən olan İtaliya, Fransa və İspaniyada koronavirusdan nə qədər insan ölür. Dünya ölkələri bununla mübarizə aparmaqda çətinlik çəkir. Bir nəfərin kor-koranə atdığı addım, ağılsız iş hər birimizə ziyan vura bilər. Başda Prezident İlham Əliyev olmaqla, bütün rəhbər şəxslər insanların bu bəladan qorunması üçün lazımi tədbirləri görür. Biz də gərək fərd olaraq qaydalara riayət etməklə, hökumət tərəfindən atılan addımlara dəstək olaq.

Əl verib görüşmək, bir-birini öpərək salamlaşıb, hal-əhval tutmaq olmaz. Tək bu çətin ərəfədə yox, hər zaman belə olmalıdır. İnsanlar qarşılıqlı şəkildə bir-birinə hörmət etməlidirlər. Zorla əl uzadıb öpməyə çalışırlar. Bu qədər maarifləndirmə işləri aparılır, deyilənləri eşitmirlər? İnsanlarla təmasda olmayın, küçələrdə boş yerə gəzməyin. Dövlət bütün tədbirləri sizin üçün edir. Hər kəs özü, ailəsi, yaxınlarının təhlükəsizliyi üçün evdə oturmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1128   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568