Avtomobilin yük yerində iki saatlıq kabus - FOTO

Avtomobilin yük yerində iki saatlıq kabus - FOTO

Borc məsələsinə görə dalaşdığı iki nəfər tərəfindən döyülüb, sonra isə avtomobilinin baqajına qoyularaq qaçırılıb.

“HaberGlobal”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Samsun şəhərində qeydə alınıb.

Bildirilir ki, gecə saatlarında baş verən hadisə təsadüfən həmin ərazidən keçən başqa bir vətəndaş tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb. Sonra isə polis idarəsinə məlumat verilib.

Videodan avtomobilin dövlət nömrə nişanını müəyyən edən polis əməkdaşları müşahidə kameraları vasitəsilə maşının hara getdiyini öyrənə bilib.

İki saat axtarışdan sonra avtomobil küçələrin birində park halında tapılıb. Döyülərək qaçırılan Samet Meşe avtomobilin yük yerindən çıxarılıb və xəstəxanaya aparılıb.

Son məlumatlara görə, şübhəlilərdən biri saxlanılıb, digərinin axtarışı davam etdirilir.

Avtomobilin yük yerində iki saatlıq kabus - FOTO
Avtomobilin yük yerində iki saatlıq kabus - FOTO
Avtomobilin yük yerində iki saatlıq kabus - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1923 Tarix: 26.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər