Milli Qəhrəmanlar sabiq səfirimizə qarşı törədilən təxribatı pisləyən BƏYANAT YAYDILAR

Milli Qəhrəmanlar sabiq səfirimizə qarşı törədilən təxribatı pisləyən BƏYANAT YAYDILARAzərbaycan Respublikasının bir neçə Milli Qəhrəmanı son vaxtlar adlarının bəzi saytlar vasitəsilə hallandırılmasına, müsahibə vermədikləri halda onların adındam müəyyən əsassız fikirlərin səslənməsinə aydınlıq gətirən bəyanat yayıblar.

BiG.AZ xəbər verir ki, həmin bəyanatın bir sürəti "Milli Qəhrəmanları Tanıtma" İctimai Birliyi tərəfindən "Azinforum.az" saytına göndərilib.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Bildiririk ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək, Azərbaycanın Milli Qəhrəmanı kimi bizlər dövlət və dövlətçilik naminə bu gün xidmət göstərməklə yanaşı, möhtərəm Pirezidentimiz İlham Əliyev сənabları tərəfindən yürüdülən daxili və xarici siyasəti dəstəkləyirik. Hər bir an dövlətimizin yanında olmuşuq və bundan sonrada yanında olacayıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərancamına əsasən Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfirinin müddətinin başa çatması ilə bağlı geri çağrılmasından sonra, həmin ölkədəki diaspor adı ilə pərdələnən bəzi qüvvələr Azərbaycan xalqının adına ləkə gətirən yığıncaq təşkil edərək, möhtərəm Prezidentimizin səlahiyyətli nümayəndəsi və dövlətimizin diplomatının şərəf və ləyaqətini alçaldan, etikadan kənar əxlaqsız hərəkətlərə yol verilmişdilər. Qeyd edək ki, onların bu hərəkəti düşmənimiz erməniləri çox sevindirmişdi. Təsadüfi deyil ki, həmin rəzil hərəkət erməni KİV-ləri tərəfindən tirajlanaraq, bir neçə gün gündəmdə saxlanılmışdı. Biz bir neçə Milli Qəhrəman bu hadisəyə kəskin etirazımızı bildirmişik. Lakin adını juranlist qoyan bəzi şəxslər, zəng edərək, bizdən hansısa dövlət maraqlarına zidd olan bəyanata imza atıb-atmamaqla bağlı sual veriblər. Sonradan bizə məlum oldu ki, bunu edən adamların xüsusi marağı olub və məqsədli şəkildə çaşdırıcı məzmunda sualı məhz bizə ünvanlayıblar. Təbiidir ki, biz dövlətimizin maraqlarına uyğun olmayan hər hansı bəyanata imza atmadığımızı bildirmişdik. Ancaq bu heç də bizim Ukraynadakı hadisəni pisləməyimizi təkzib etməyimiz anlamına gələ bilməz. Nəticədə bizə sual ünvanlayan və özünü Azərbaycan Parlamentinin təmsilçisi kimi təqdim edən şəxs bizim icazəmiz olmadan adımızdan müxtəlif saytlarda güya əvvəl dediklərimizi təkzib etdiyimizə dair yanlış məqalə yerləşdirib. Biz həmin saytlara bir-bir zəng edib etiraz etsək də, onlar adımızdan yayılan yanlış məqaləni öz KİV-lərindən silməyiblər.

Biz Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfirin fəaliyyəti müddətində hər hansısa bir nöqsanı barədə söylənmiş fikirlərə yox, sadəcə , Azərbaycan Respublikasının diplomatna qarşı edilmiş, insanlığa sığmayan kampaniyanı Azərbaycan xalqına qarşı edilmiş təhqir kimi qiymətləndiririk.

Bir daha bəyan edirik ki, biz Azərbaycanın Milli Qəhrəmanları olaraq, daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının siyasi kursunu dəstəkləməklə yanaşı, Azərbaycan Respublikasının diplomatına qarşı edilən qeyri – etik olaylara və bizə yanlış məlumat verərək , bizim söylədiyimiz fikirlərdən sui – istifadə etməklə müxtəlif mətbu orqanlarda verilmiş məlumatlara etirazımızı bildiririk. Dərhal həmin saytlardan bizim adımızdan verilmiş məlumatların yığışdırılmasını tələb edirik.

Hörmətlə,

1. Quliyev Zabit Adil oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

2. Quliyev Mirzə Məcid oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

3. Əliyev Ehtiram İsrail oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

4. Məmmədov Sahil Ələmdar oğlu -Azərbaycan Respublikasının Milli Qəhrəmanı;


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 972   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 812
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 479
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 399
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 685
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 200
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 1023
.

Sabah 30 dərəcə isti olacaq

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləy

23.04.2024 274
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 263
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 374