İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ların çoxu Allaha şərik qoşan­lar idi" (ər-Rum, 41-42).
Həmçinin buyurur: "Başınıza gələn hər bir mü­sibət öz əllərinizlə qazan­dı­ğı­nız gü­nah­lar üzün­dəndir. Allah günahların çoxunu ba­ğış­layır. Siz yer üzündə Allahdan yaxa qur­tara bilməzsiniz. Allah­dan baş­qa sizin nə bir himayə­çiniz olar, nə də bir kömək­çi­niz"
(əş-Şura, 30-31).

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ey mühacirlər, beş əməl var ki, bunların aranızda baş verməsindən Allaha sığınıram. Əgər bir qövmdə zina açıq-aşkar yayılarsa, Allah onları vəbaya və ata-babalarının bilmədikləri xəstəliklərə düçar edər. Bir qövm tərəzidə aldadarsa, Allah onları quraqlıq, çətin yaşayış və zalım hakimlə imtahan edər" (İbn Məca, 4019).

Şəkk yoxdur ki, bütün bəlaların və müsibətlərin səbəbi günahlardır. Əgər biz bəşəriyyətin tarixinə nəzər salsaq görərik ki, Adəm yaranandan bəri baş verən bütün bəlalar məhz günahlar səbəbindən olmuşdur.
Adəm və Həvvanın Cənnətdən qovulmalarına səbəb nə idi? İblisin Allahın lənətinə düçar olmasına səbəb nə idi? Nuhun dövründə bütün yer üzünü su basmasına səbəb nə idi? Lut, Ad, Səmud qövmlərinin bəlaya düçar olmalarına səbəb nə idi? Bütün bunların bir cavabı var ki, bu cavab da günahlardır.
Bəlaların baş verməsinin səbəbi günahlar və Allahı unutmaq olduğu kimi, bəlalardan qurtulmağın yeganə yolu da tövbə edib Allaha pənah gətirmək və Ondan yardım istəməkdir. Bunun bəzi yolları aşağıdakılardır:

1. Bəla baş verməzdən əvvəl ondan qorunmaq üçün dua:
[Bismilləhi-l-ləzi lə yədurru məa-s­mihi şeyun fi-l-ardi va lə fi-s-səməi va hu­və-s-səmiu-l-alimi]
«Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Bilən­dir!» (üç dəfə)
Osman ibn Affan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini eşitmişəm: "Kim səhər açılanda üç dəfə: «Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Bilən­dir!» - deyərsə, axşama qədər qəfil bəlalara düçar olmaz. Əgər axşam deyərsə, səhərə qədər qədər qəfil bəlalara düçar olmaz". (Əbu Davud, 4/323; ət-Tirmizi 5/465).

2. Bu duanı çox demək: [Lə ilahə illə əntə. Subhanəkə, in­niy kuntu minə-z-zalimin]
«Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!»

Uca Allah buyurur: "Zün-Nunu (Yunus) da yada sal! Bir za­man o qəzəbli halda qövmün­dən ay­rı­lıb getmiş və onu sıxıntıya salmayacağımızı güman et­mişdi. Sonra da zülmətlər içində yal­va­rıb demişdi: "Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!" Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik!" (əl-Ənbiya, 87-88).
İbn Kəsir (Allah ona rəhmət etsin) "Biz mö­minləri belə xi­las edirik!" ayəsinin təfsirində demişdir: "Yəni möminlər çətinlikdə olduqda, Bizə üz tutsalar, xüsusilə də bəla nazil olan vaxt bu duanı etsələr, Biz möminləri xilas edərik". Sonra İbn Kəsir Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu hədisini qeyd etmişdir: "Yunus Peyğəmbər balığın qarnında olduğu vaxt bu duanı etmişdi: "Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!" Uca Allah bu duanı edənin duasını qəbul edər". (ət-Tirmizi, 3505).
İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) özünün "əl-Fəvəid" əsərində demişdir: "Dünyada baş verən bəlaları Tövhid (Allahı ibadətdə təkləşdirmək) qədər qaldıran ikinci bir vasitə yoxdur. Bu səbəbdən bəla üz verərkən edilən dua tövhid kəliməsidir "Lə iləhə illə Əntə" (Səndən başqa ibadətə layiq haqq məbud yoxdur). Yunusun (ona Allahın salamı olsun) etdiyi duanı deyən elə bir bəlaya düçar olan insan yoxdur ki, Allah Tövhid kəliməsinə görə ondan bu bəlanı uzaqlaşdırmasın. Allaha şərik qoşmaq kimi bəlaya salan başqa bir səbəb yoxdur, Tövhid kimi bəladan qurtaran başqa bir səbəb yoxdur".

3. Bəla məşəqqətindən və bədbəxtçilikdən Allaha sığınmaq.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dua edərkən bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından Allaha sığınardı" (əl-Buxari, 6347). Başqa bir hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) əmr edərək demişdir: "Bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından Allaha sığının!"

4. Evdən çıxarkən Allahı zikr etmək.
Ənəs (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim evindən çıxarkən «Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir!» [Bismilləh, təvəkkəltu aləllahi və lə həulə və lə quvvətə illə billəh] deyərsə, ona (mələk tərəfindən) belə deyilər: "Doğru yola hidayət olundun, qane edildin və qorundun". Şeytanlar ondan uzaqlaşar. Başqa şeytan ona (yəni, digər şeytana) yaxınlaşmaq istədikdə digəri belə deyər: "Hidayət olunmuş, qane edilmiş və qorunmuş adama sənin üçün necədir?" (Əbu Davud, 4/325 və ət-Tirmizi, 5/490).

5. Səhər və axşam Allahdan afiyət (salamatlıq) diləmək.
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) səhər və axşam bu duanı deməyi heç vaxt tərk etməzdi: "Allahım! Dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Alla­hım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Alla­hım! Məni önümdən, arxamdan, sağımdan, solum­dan və başımın üstündən qoru. Ayağımın altı­nın qazılmasından Sənin əzəmətinə sığını­ram!"
[Allahummə, inniy əs'əlukəl-afvə vəl-afi­yətə fid-dunya vəl-axira. Allahum­mə, inniy əs'əlukəl-afvə vəl-afiyətə fi diy­niy və dun­yayə və əhliy və maliy. Allahumməstur au­ratiy və amin rauatiy. Allahumməhfəzniy min bəyni yədeyyə və min xalfiy və an yəmiyniy və an şimaliy və min fəuqiy və əuzu biazə­mətikə ən uğ­talə min təhtiy]" (Əbu Davud və İbn Macə; Bax: «Səhih İbn Macə», 2/332.)

6. Ümumən dua etməyi çoxaltmaq.
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizlərdən kimə dua qapısı açılarsa (dua etməyə müvəffəq olunarsa), bilsin ki, artıq ona rəhmət qapıları açılmışdır. Allaha ən sevimli dua Ondan afiyət istəməkdir". Başqa bir hədisdə: "Dua nazil olan və olmayan bəlaları uzaqlaşdırır. Odur ki, ey Allahın qulları dua etməyi çoxaldın!". (ət-Tirmizi, 3548).

7. Xəstəllik olan yerlərə getməmək.
Rəvayət edilir ki, (bir dəfə) Səd ibn Əbu Vəqqas (Allah ondan razı olsun) Usamə ibn Zeyddən (Allah ondan razı olsun): "Sən Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) taun (xəstəliyi) barəsində nə eşitmisən?"- deyə soruş­du." Usamə dedi: "Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: "Taun murdar bir şey­dir. Vaxtı ilə bu (xəstəlik) İsrail oğullarına və ya sizdən əvvəl yaşamış insan­la­ra göndəril­mişdi. Belə bir xəstəlik harada olursa-olsun, o yerə getməyin. Əgər bu xəs­təlik siz olduğunuz yerdə yayılarsa, ondan qaçıb (canınızı qur­tar­­maq məqsə­dilə) oranı tərk etməyin." (əl-Buxari, 3473).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Xəstəni sağlam olanların arasına gətirməyin" (əl-Buxari, 5774).

8. Yaxşılıq etməyi çoxaltmaq.
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Yaxşılıq etmək sahibini baş verəcək pisliklərdən, bəlalardan və fəlakətlərdən qoruyur. Həqiqətən, dünyada yaxşılıq edənlər, Axirətdə də yaxşılıqla qarşılaşacaqlar" (əl-Hakim, 429).

İbn əl-Qeyyim (Allah ona rəhmət eləsin) demişdir: "Xəstəliyi müalicə edən ən böyük səbəblərdən yaxşılıq etmək, Allahı zikr etmək, dua etmək, Allaha dönmək, tövbə etməkdir. Həqiqətən bu əməllərin xəstəliyin müalicəsində və şəfa tapmaqda dərmanlardan daha çox təsiri vardır". (Zədul-Miad)

9. Gecə namazları qılmaq.
Bilal (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Gecə namazını qılın! Çünki o, sizdən əvvəlki əməlisalehlərin adətidir. Gecə namazı Allaha yaxınlıq, günahlardan çəkinmə, günahlara kəffarə və bədən xəstəliyini aparandır" (ət-Tirmizi, 3549).

10. Gecə yatarkən açıq qabların ağzını örtmək.
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Qabları örtün, tuluqları bağlayın! Həqiqətən ildə bir gün var ki, o gün vəba xəstəliyi gəzər. Ona gorə də elə ağzı örtülməmiş qab və ya ağzı bağlan­mamış tuluq yoxdur ki, onun içinə ondan nəsə nazil olmasın!" (Muslim, 2012).

İbn əl-Qeyyim demişdir: "Bu, tibb elminin qarşısında aciz qaldığı bir şeydir".

Hər bir müsəlman baş verən müsibətləri səbirlə, təmkinlə qarşılayıb, bütün işlərini Allaha həvalə etməlidir. Darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran yalnız Allahdır. Qəlblər yalnız Onu zikr etmələ rahatlıq tapar. Heç bir şey Onun izni olmadan baş verə bilməz. Onun rəhməti olmasa heç bir bəla aradan qalxa bilməz. Yalnız Ona itaət etməklə xoşbəxtliyə nail olmaq olar. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) zövcəsi Aişə (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) mən Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) taun barəsində soruşdum. O mənə dedi: "Bu bir əzabdır, Allah onu istədiyinə göndərir. (Bununla belə) Allah onu möminlər üçün bir mərhəmət et­mişdir. Belə ki, yaşadığı məmləkətdə taun yayılmış bir adam sə­bir edərək və savabını (Allahdan) diləyərək, üstəlik bu xəstəliyin ona yal­nız Allahın qəzavü-qədəri ilə yoluxa biləcəyinə etiqad edərək o yerdə qalarsa, ona şəhidin savabı qədər savab yazılar." (əl-Buxari, 3474).

Mənbə: http://zikr.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5917   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822