Sərdar Ortaç eşqin bitdiyini dedi, sevgilisi bunu "Instagram"dan öyrəndi - FOTO

Sərdar Ortaç eşqin bitdiyini dedi, sevgilisi bunu "Instagram"dan öyrəndi - FOTO
Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçın həmkarı Seçil Gürlə eşq macərası qısa davam edib.

“HaberGlobal”ın məlumatına görə, Ortaç “Instagram” hesabında sevgilisindən ayrıldığını elan edib.

“Xəbərlərdə də əks olunan münasibətlərimiz qarşılıqlı anlaşılmazlıq səbəbindən bitib”, - deyə məşhur müğənni bildirib.

Müğənni Seçil Gür isə münasibətlərinin bitdiyini Sərdar Ortaçın paylaşımından öyrəndiyini deyib.

“Ayrıldığımızı “story”dən öyrəndim. Xəstəxanadan qayıtdıqdan sonra Sərdarın evinə getdim, qapıda danışdıq. Mənə ayrıldığımızı demədi. Hesab edirəm ki, xəstəlik səbəbindən əhvalı pisdir. Belə psixoloji vəziyyətdə o, hekayə bölümündə paylaşımlar edir. Xəstəliyi ruhi vəziyyətinə təsir edib”, - deyə o bildirib.

Sərdar Ortaç eşqin bitdiyini dedi, sevgilisi bunu "Instagram"dan öyrəndi - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2910 Tarix: 26.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər