38 yaşlı xəstə koronavirusdan danışdı: "Su altında nəfəs almağa çalışmaq kimi..."

38 yaşlı xəstə koronavirusdan danışdı: "Su altında nəfəs almağa çalışmaq kimi..."İtaliyada 17 gün xəstəxanada koronavirusdan müalicə alan 38 yaşlı idman məşqçisi Fausto Russo yaşadıqlarından danışıb.

BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, 38 yaşlı xəstə koronavirusu "suyun altında nəfəs almağa" bənzədib.

Heç bir xroniki xəstəliyi olmayan və siqaret çəkməyən Fausto bu xəstəliyi çox ağır keçirir.

İlk simptom olan yüksək qızdırma onda martın 5-də hiss olunsa da, Russo xəstəxanaya martın 8-də yerləşdirilib, müalicəsi isə indiyədək davam edir.

İtaliyadakı Xarici Mətbuat Dərnəyinə verdiyi açıqlamada o, xəstəliyin ilk mərhələlərini belə təsvir edib:

"Martın 5-də işdə olduğum zaman özümü pis hiss etdim, evə getdim və qızdırmamı ölçdüm. 38 dərəcə idi. Həkimə zəng etdim, həkimin tövsiyə etdiyi qızdırma salan dərmanı aldım, lakin qızdırmam düşmək bilmirdi. Xüsusilə də nəfəs almaqda çətinlik çəkirdim. Martın 8-də artıq nəfəs ala bilmirdim və təcili yardım çağırdım. Məni birbaşa yoluxucu xəstəliklər klinikasına gətirdilər. Analizlər nəticəsində həm sətəlcəm, həm də "Covid-19" diaqnozu qoyuldu".

Russonun sözlərinə görə, sonuncu dəfə qızdırması 10 il öncə qalxmışdı. Virusa haradan yoluxduğunu dəqiq deyə bilmir, çünki xəstəlik özünü büruzə vermədən yayılır:

"Bu virus simptomları olmayan insanların ayaqları ilə gəzir".

Bu səbəbdən Russo, evdə qalmaq və başqaları ilə təmasdan çəkinmək çağırışlarına, zəruri ehtiyaclar xaricində, riayət olunmasının gərəkdiyini deyir.

Çox fəal həyat tərzi olan Russo idman salonu işlədib və futbol komandasının məşqçisi olub.

"Koronavirus daşıyan minlərlə insan normal şəkildə yaşamağa davam edir. Bu virus ağciyərə keçəndə problem yaradır. Ağciyərlərə hücum edərək, çox ağır sətəlcəmə çevrilir. Koronavirusun yaratdığı sətəlcəm dağıdıcıdır. Fərqli bir fiziki quruluşda olsaydım və ya bu yaşda olmasaydım, yəqin ki, hazırda burada olmazdım", - deyə Russo fikirlərini bildirib.

Latina Santa Mariya Qoretti Xəstəxanasının həkimləri Faustoya koronavirusa qarşı sınaq mərhələsində olan "Tocilizumab" revmatizm dərmanını təklif ediblər.

"Vəziyyətim bu dərmanı qəbul etdikdən 2-3 gün sonra 60-70 faiz yaxşılaşmağa başladı", - deyə o, etiraf edib.

Russo bu mübarizənin əsl qəhrəmanlarının həkimlər və tibb bacıları olduğunu deyib.

Yaşadıqları onun həyata olan baxışlarını tamamilə dəyişib:

"Xəstəlik mənə kiçik şeylərə daha çox əhəmiyyət verilməli olduğumu başa salıb. Məsələn, nəfəs almağın, gəzməyin, qucaqlaşmağın və azadlığın dəyərini bilməyi öyrədib".

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2800   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər

ABŞ-nin Massaçusets ştatındakı tibbi mərkəzin cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər. Qeyd olunub ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyya

23.03.2024 351
.

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb. Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb. Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib. Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısınd

24.03.2024 447
.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir? - GÖZLƏNİLMƏZ FƏRQ

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsinə baxmayaraq onları sağ əllə yazmağa məcbur edirlər. Solaxay insanlarda unikal ola

23.03.2024 455
.

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib. "Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zaman

10.03.2024 696
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 505
.

Həyatın necə başladığı məlum oldu: Tarixi kəşf...

Telefonlar, binalar və hətta insanlarsız bir dünya təsəvvür etmək bizim üçün çətindir, amma bir zamanlar dünya sadəcə maqmanın odlu şorbası idi. xarici KİV-ə istinadən xəbər verir ki, planetin soyumağa başlaması və maye su okeanlarının əmələ gəlməsi üçün bir neçə yüz milyon il lazım idi; Sonra, fotosinteti

10.03.2024 798
.

"Windows 11"də "Android" proqramlarını yükləmək mümkün olmayacaq

"Microsoft" şirkəti "Windows 11" üçün "Subsystem for Android" sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib. Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq. "Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları "Windows 11"də mobi

10.03.2024 399
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24.03.2024 434
.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəl

23.03.2024 343