Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi üçün mümkün tarix açıqlandı

Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi üçün mümkün tarix açıqlandı
Təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ildə mümkün keçirilmə tarixi müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Koordinasiya Komissiyasının rəhbəri Con Kouts "Reuters"ə açıqlama verib. O bildirib ki, hazırda gələn ilin iyul - avqustunda "pəncərə"nin yaradılması istiqamətində beynəlxalq idman federasiyaları ilə iş aparılır. Koutsun fikrincə, olimpiada tennis üzrə iyulun ortalarında başa çatacaq Uimbldon və avqustun sonlarında başlanacaq US Open arasındakı dövrdə təşkil olunmalıdır.

IOC rəsmisi Oyunların tarixini yaxın 4 həftə ərzində təsdiqləmək istədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Tokio-2020 koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 230 Tarix: 26.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər