Moskvada iki koronavirus xəstəsi öldü - SƏTƏLCƏMDƏN

Moskvada iki koronavirus xəstəsi öldü - SƏTƏLCƏMDƏN

Moskvada koronavirus infeksiyasına yoluxan 88 və 73 yaşlı iki nəfər dünyasını dəyişib.

BiG.AZ-ın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxtın operativ qərargahının "Telegram" kanalında ​​deyilir.

Bundan əlavə, onların sətəlcəm xəstəsi olduğu da qeyd olunur.

Son məlumata əsasən, Rusiyada daha 163 nəfərdə koronavirus aşkarlanıb.

Ümumilikdə isə Rusiyada 658 koronavirus xəstəsindən 29 nəfəri artıq sağalıb.

Moskvada sağalanların sayı 15-ə çatıb.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 724 Tarix: 26.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər