Ərdoğan da G20-nin toplantısına qatılır

Ərdoğan da G20-nin toplantısına qatılır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin fövqəladə toplantısına qatılacaq.

BiG.AZ APA-ya istinadən bildirir ki, Türkiyə Prezidenti zirvə görüşündə martın 26-da yerli vaxtla saat 15:00-da videokonfrans vasitəsilə iştirak edəcək.

İstanbulda prezidentin Huber köşkündə baş tutacaq toplantıda Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Qalın da iştirak edəcək.

Qeyd edək ki, G20 dövlətlərinə 19 ölkə - Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, Britaniya, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Avropa İttifaqı Komissiyası daxildir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 373 Tarix: 26.03.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol