Daha bir qurumun işçilərinin maaşları artırıldı - ŞAD XƏBƏR

Daha bir qurumun işçilərinin maaşları artırıldı - ŞAD XƏBƏR
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.

BiG.AZ "Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.

Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7730 Tarix: 26.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər