Tanınmış aparıcının ailəsində ağır itki
Aparıcı Könül Muxtarovanın ailəsində ağır itki üz verib.
Axşam.az xəbər verir ki, aparıcı nənəsini itirib. Bu haqda Könül özü məlumat yayıb.
"Ən yaxın rəfiqəm, sirdaşım, başımın tacı nənəmi itirdim. Xəstə yatağında olsa da, nəzarəti üzərimdə iti. İndi kim məni hamıdan qoruyacaq? Bircə rahatladığım son anında halallaşmağımız oldu. Soyuqdan qorxan nənəm indi soyuq torpaqda yatırsa, daha mənə heç kim və heç nə maraqlı deyil" deyə, Könül paylaşımında qeyd edib.
BiG.Az


Şou biznes Baxılıb: 6210 Tarix: 25 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş