"Azərişıq"dan elektrik enerjisinin kəsilməsi elanları ilə bağlı AÇIQLAMA

"Azərişıq"dan elektrik enerjisinin kəsilməsi elanları ilə bağlı AÇIQLAMA

“Son günlər sosial şəbəkələrdə “Azərişıq” ASC-nin adından saxta elanlar paylaşılır. Bu elanlar “Azərişıq” ASC tərəfindən yayılmayıb”.

Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sosial şəbəkələrdə qurum adından abonentlərə ünvanlanan müraciətə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, cəmiyyətdə çaşqınlıq yaradan bu elanlar həqiqəti əks etdirmir:

“Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” məzmunlu elanlara rast gəlinib.

Ünvanı məlum olmayan bu elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur. Bu elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4843 Tarix: 25.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər