Səfərdən qayıdan həkim işə çıxdı və daha iki nəfəri yoluxdurdu

Səfərdən qayıdan həkim işə çıxdı və daha iki nəfəri yoluxdurduRusiyanın İvanovo şəhərindən olan həkim Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etdikdən sonra işə çıxıb və daha iki nəfəri yoluxdurub.

Bu barədə "Mash" "Telegram" kanalı xəbər yayıb.

Bununla belə, həkim məsuliyyətə cəlb olunmayacaq. Çünki o, işini ehtiyatlı tutub: səfərdən qayıtdıqdan sonra "Rospotrebnadzor"a ("İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət") zəng edərək, BƏƏ-də səfərdən qayıtdığını bildirib və işə çıxa bilib-bilməyəcəyini soruşub.

Həmin ərəfədə Əmirlikdə yoluxma halı aşkarlanmadığından həkimə işə çıxmağa icazə verilib.

Ümumilikdə, həkimin 53 nəfərlə təmasda olduğu vurğulanıb. Hazırda onlar da koronavirusa yoluxma testindən keçirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4191   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş