Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildi

Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildiDünyanın ən çox əhalisinə sahib ikinci ölkəsi olan Hindistanda Baş nazir Narendra Modi vətəndaşlara 21 gün evlərindən çölə çıxmağa qadağa qoyub.

Sondakika.com xəbər verir ki, baş nazir bu qadağanı koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə etdiyini açıqlayıb.

O, insanlardan bir-birilərindən uzaq qalmaqlarını istəyib.

Bunun tək çıxış yolu olduğunu vurğulayan Modi mərkəzi hökumət və əyalətlərin əsas ehtiyaclarını təmin etmək üçün səhiyyə sektorunun infrastrukturunu gücləndirmək məqsədilə iki milyard dollar ayrıldığını deyib.

Qeyd edək ki, 1,3 milyard insanın evlərindən çölə çıxmasının qadağan olunduğu Hindistanda koronavirus səbəbindən indiyə qədər 10 nəfər həyatını itirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2133   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş