Ekspert: "Neftçilər "Neft Daşları"nı özlərinin evləri hesab etdikləri üçün bu addımı atıblar"

Ekspert: "Neftçilər "Neft Daşları"nı özlərinin evləri hesab etdikləri üçün bu addımı atıblar"Hazırda ölkədə "Evdə qal" kampaniyası keçirilir. Ancaq Azərbaycanın dənizdə çalışan neftçiləri "İş başında qal" devizi irəli sürüblər. Onlar dənizdəki vaxtları dəyişməmək şərtilə karantinin sonuna qədər iş başında öz işlərini davam etdirəcəklərini bildiriblər.

Bunu "MediaPost"a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, bu da, əslində dənizin bir növ onların öz evlərinin olması anlamına gəlmiş olur: "Onlar "Neft Daşları"nı özlərinin evləri hesab etdikləri üçün bu addımı atıblar".

İ. Şaban qeyd edib ki, neftçilərinin vaxtlarının dəyişdirilməsi əslində elə də problemli məsələ deyil: "Koronavirusun yayılması, "Neft Daşları"na düşməsi anlamına gəlmək ehtimalı çox azdır. Çünki, bu günə qədər "Neft Daşları"nda heç bir virus qeydə alınmayıb. İkincisi, buradan "Neft daşları"na virusun daşınmasının qarşısının alınması da mümkündür. Çünki, dənizə gedən hər bir neftçi ciddi yoxlamalardan keçir".

Ekspert: "Neftçilər "Neft Daşları"nı özlərinin evləri hesab etdikləri üçün bu addımı atıblar"Ekspert vurğulayıb ki, ancaq hazırda bütün ölkədə "Evdə qal" kampaniyası keçirilir: "Azərbaycan neftçiləri isə məhz "Neft Daşları"ndakı öz iş yerlərini öz evləri hesab etdiklərindən, onlar belə təkliflə çıxış ediblər. Bu da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Burada isə məsələ həm qənaət, həm də psixoloji baxımdan dəstək olmaqdır.

İ. Şaban qeyd edib ki, hazırda dünyada çıxarılan neftin 3/1-i dənizdə çıxarılır: "Bu günə qədər vaxt rejiminin dəyişdirilməsi və neftçilərin dənizdə qalması ilə bağlı xəbər olmayıb. Azərbaycan neftçiləri bu sahədə də bir ilkə imza atıblar".

Xatırladaq ki, dünən İctimai Televiziyada yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkədə koronavirus pandemiyasının yayılmaması üçün tətbiq edilən qadağalar qüvvəyə minənə qədər Neft Daşlarında olan işçilər aprelin 20-dək növbədə qalacaq və onların əmək haqları artırılacaq.

O bildirib ki, anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır: "Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər. Neftçilərə minnətdar olmalıyıq, bu bir fədakarlıq, qəhrəmanlıqdır ki, həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar. Bu da vətəndaşların anlaşıqlı münasibətinin və milli həmrəyliyinin nümunələrindən biridir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1762   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 0
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 0
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 0
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 467
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 341
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 354
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 111