Cəlilabadda 38 yaşlı kişi tanışı tərəfindən bıçaqlandı

Cəlilabadda 38 yaşlı kişi tanışı tərəfindən bıçaqlandıCəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən "məişət tullantıları poliqonu" adlanan ərazidə qeydə alınıb.

Belə ki, Göytəpə sakini 1977-ci il təvəllüdlü İbrahim Qafarov rayonun Bəcrəvan kənd sakini olan tanışı, 1982-ci il təvəllüdlü Polad Allahverdiyevlə sözügedən ərazidə görüşüb.

Aralarında yaşanan mübahisə zəminində İ.Qafarov tanışı P.Allahverdiyevə bıçaq zərbəsi vurub.

Yaralı P.Allahverdiyev qarının ön divarının kəsilmiş, nazik bağırsağın və köndələn çənbər bağırsağının zədələnməsi diaqnozu ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

İ.Qafarovun P.Allahverdiyevə bədən xəsarətləri yetirdiyinə dair əsaslı şübhələr olduğundan o, cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 455   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş