İtaliyada koronavirusa qalib gələn "bir nömrəli xəstə" danışdı: "Dünyada ən gözəl şey nəfəs ala bilməkdir"

İtaliyada koronavirusa qalib gələn "bir nömrəli xəstə" danışdı: "Dünyada ən gözəl şey nəfəs ala bilməkdir"İtaliyada fevralın 20-də koronavirusa yoluxduğu məlum olan və xəstəliyə qalib gələn "bir nömrəli xəstə" ilk dəfə təəssüratlarını paylaşıb.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, Lombardiyada yaşayan 38 yaşlı Mattia dünyada ən gözəl şeyin nəfəs ala bilmək olduğunu deyib:

"Mənə 18 gün reanimasiya şöbəsində yatacağımı dedilər. Sonra isə yoluxucu xəstəliklər şöbəsində müalicə aldım, burada real dünya ilə ilk təmasımı qurdum və həyatda ən sadə, lakin ən gözəl şey olan nəfəs almağa başladım".

O, müalicə edilə bildiyi üçün çox şanslı olduğunu deyib və dünyaya gələcək körpəsinin yolunu gözlədiyini bildirib.

İtaliyada koronavirusun ilk dəfə çinli turist cütlük tərəfindən yayıldığı məlum olsa da, Mattianın virusa hansı şəxsdən yoluxması müəyyən edilməyib.

O, aktiv sosial həyatı olduğu üçün "virusu super yayan" olaraq tanınıb.

Mattia fevralın 18-də qrip əlamətləri ilə xəstəxanaya müraciət edib. Ona koronavirus testi edilməyib və xəstəxanada yataraq müalicə olunması təklif edilsə də, evinə qayıdıb.

Ertəsi gün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişidə koronavirus müəyyən edilib. Bundan sonra həmin xəstəxanada işləyən tibb işçilərinin də virusa yoluxduğu məlum olub.

Mattianın atası koronavirusdan həyatını itirib, hamilə arvadı isə bir neçə gün xəstəxanada müalicə edildikdən sonra evə buraxılıb.

İtaliyada ilk yerli yoluxmanın müəyyən edildiyi Mattianın virusa necə yoluxduğu məlum olmayıb və "sıfır nömrəli xəstə" tapılmayıb. Alimlər təxmin edirlər ki, virus ölkəyə müəyyən edildiyi vaxtdan da əvvəl gəlmiş ola bilər və Mattia, bəlkə də, "bir nömrəli xəstə" deyil, "iki yüz nömrəli xəstə"dir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5219   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

20:30 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

17:50 260
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

22:45 0
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

17:48 168
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

20:34 0
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 710
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

16:00 128
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 208
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 106