Ekspert: "Ermənilər cəbhədə təxribat törətməklə daxili gərginlikdən diqqət yayındırmaq istəyirlər"

Ekspert: "Ermənilər cəbhədə təxribat törətməklə daxili gərginlikdən diqqət yayındırmaq istəyirlər""Aprel ayı yaxınlaşır və yəqin ki, ermənilər 2016-cı ilin aprelindəki məğlubiyyətlərini təkrar görmək istəyirlər. Ona görə də qoşunların təmas xəttində təxribat törədərək vəziyyəti gərginləşdirirlər. Ermənistan və onun havadarları 2016-cı ilin Aprel döyüşlərini, daha dəqiq desək həmin vaxt uğradıqları məğlubiyyəti gözlərinin qabağına gətirməli və yaratdıqları hazırkı gərginlikdən narahat olmalıdırlar".

Bunu "Report"a açıqlamasında Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdikləri təxribatlarını şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, cəbhə bölgəsindəki son hadisələr, xüsusilə də Goranboy istiqamətindəki təxribat Ermənistanın dünyada baş verən pandemiyaya baxmayaraq yenə də öz əməllərindən əl çəkmədiyini, işğalçılıq siyasətinə sadiq qaldığını göstərir: "Bunun əsas səbəblərindən biri erməni cəmiyyətindəki epidemiya ilə bağlı yaranan narahatlıq, hökumətin uğursuz fəaliyyətindən diqqəti yayındırmaqdır. Ermənistanda epidemiyanın güclənməsi, onsuz da zəif vəziyyətdə olan ölkə iqtisadiyyatını çökdürəcək, problem ciddi hal alacaq. Əminliklə bildirirəm ki, Azərbaycan Ordusu ölkəmizə yönələn bütün təxribatların qarşısını almağa qadirdir. Buna silah və döyüş vasitələrindən tutmuş bütün texniki imkanları və təcrübəsi çatır. Təhhlükəsizliyimizin qorunması yüksək səviyyədə təmin edilir. Bu müdafiə həm Qazax istiqamətində sərhəd qoşunlarına, həm də digər cəbhəboyu istiqamətlərdə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan qurumlarına aiddir".

Hərbi ekspert Ramil Məmmədli

"Azərbaycan Ordusu ölkəmizə yönələn bütün təxribatların qarşısını almağa qadirdir"

Hərbi-siyasi icmalçı deyib ki, bu gün Ermənistan hakimiyyətinin öz daxilindəki gərginlikdən diqqəti yayındırmaq məqsədilə atdığı bütün addımlar nəticəsiz qalacaq: "Onların problemin həllindən yayınıb bizə yönəltdikləri təxribatın qarşısı alınacaq. Ermənistan ordusu narahat olmalıdır ki, mövcud vəziyyətdə Ermənistanın Azərbaycana qarşı etdiyi hər hansı bir təxribat əkshücumla nəticələnə bilər. Belə olan halda daxili vəziyyəti gərgin olan Ermənistanda gərginlik daha da artacaq".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1764   Tarix: 24 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 459
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

21:30 0
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 354
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 386