Olimpiadanın taleyi ilə bağlı qərarın veriləcəyi tarix müəyyənləşdi

Olimpiadanın taleyi ilə bağlı qərarın veriləcəyi tarix müəyyənləşdiBeynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası fonunda Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ətrafındakı vəziyyəti martın 31-də müzakirə edəcək.

BiG.AZ-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə NHK telekanalı bildirir.

Məlumata əsasən, telefonla aparılacaq növbədənkənar iclasda IOC prezidenti Tomas Bax, Yaponiyanın baş naziri Sindzo Abe, Tokio qubernatoru Yuriko Koike və Tokio-2020 Təşkilat Komitəsinin sədri Yosiro Mori iştirak edəcək.

Martın 22-də IOC Oyunlarla bağlı qərarı 4 həftə ərzində qəbul edəcəyini açıqlayıb. Lakin tərəflərin bu müddəti gözləməyəcəkləri bildirilir. Abe adi formatda keçirməyin mümkünsüzlüyü təqdirində, olimpiadanın təxirə salınma variantının olduğunu sözləyib. O, hazırkı şərtlərin yarış keçirməyə uyğun gəlmədiyini də əlavə edib.

Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqusta planlaşdırılıb. ABŞ, Kanada və Norveç Milli Olimpiya komitələri olimpiadanın təxirə salınması təklifi ilə çıxış ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 761   Tarix: 24 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533