"Növbəti tədbirlər epidemiyanın yayılma nəticəsindən asılı olacaq"-RƏY

"Növbəti tədbirlər epidemiyanın yayılma nəticəsindən asılı olacaq"-RƏYMartın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

BiG.AZ-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a danışıb. O, bildirib ki, bəşəriyyətin narahatlığına səbəb olan koronavirus artıq pandemiya vəziyyətindədir:

"Bütün qabaqcıl ölkələrdə artıq bu virus minlələrlə can almaqdadır. Azərbaycan da bu virusdan sığortalanmayıb və ölkəmizdə bu epidemiyanın qarşısını almaq üçün dövlətin apardığı tədbirlər nəticəsində virusun yayılmasını minimuma endirməkdir. Hesab edirəm ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə yanaşı vətəndaşların sosial problemlərinin həllinə də diqqət ayrılmalıdır. Çünki minlərlə vətəndaşımız özəl sektorda işləyir və iş yerlərinin müvəqqəti dayandırlması müəyyən çətinliklərə gətirib çıxara bilər. Ona görı də bu istiqamətdə də dövlət proqramı hazırlanmalıdır. Artıq bu xüsusda təkliflərin hazırlanması üçün işlərin getdiyi deyilir. Karantinin elan edilməsi xalqımızın və dövlətimizin milli təhlükəsizliyinə xidmət edir.

Ölkədə bu virus geniş yayılmayıb. Lokal şəkildə bir neçə nəfərdə aşkar edilib. Bunun vaxtında qarşısının alınması ölkəmizin İran, İtaliya vəziyyətinə düşməsinin qarşısnı alır. Təəssüf ki, əksər vətəndaşlarımız virusla bağlı tədbir almasına lazımı diqqət göstərmir. Bu karantin müəyyən tədbirlərin alınmasına gətirəcək. Dövlət başçısı İlham Əliyevin 1 milyard manat vəsait ayrıması bu istiqamətdə çətinliklərin aradan qaldırlamasına hesablanıb. Ümid edirik ki, bu istiqamətdə şəffaflıq olacaq və bəzi məmurların bundan sui istifadə edib vəsaitlərin mənimsəməsinin qarşısı alınacaq. Çünki bu vətəndaşların sağlamlığı və iqtisadiyyatın ayaqda durması üçün ayrılan vəsaitdir. Dövlətin bu istiqamətdə atdığı tədbirlər qənaətbəxşdir və hesab edirəm ki, bundan sonrakı qabaqlayıcı tədbirlərin alınması epidemiyanın yayılma nəticəsindən asılı olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1167   Tarix: 24 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 121
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

24.04.2024 182
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24.04.2024 515
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 181
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24.04.2024 239
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 132
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 147