Bu məhsullar hamı üçün zərərlidir - XƏBƏRDARLIQ

Bu məhsullar hamı üçün zərərlidir - XƏBƏRDARLIQMöhkəm bədənə, ideal bədən quruluşuna sahib olmaq və sağlam bir həyat tərzi sürmək istəyirsinizsə, dəyişməli ilk qayda yemək vərdişləridir. Odur ki, başlanğıc üçün bədəninizə son dərəcə zərər verən altı məhsuldan imtina edin.

BiG.AZ oxucuları hər kəsə zərərli ola biləcək məhsullarla tanış edir.

Banan çipsləri

Onların digər quru meyvələr kimi faydalı olduğuna inanılır. Ancaq az adam bu xırtıldayan yeməyin necə hazırlandığını bilir. Banan çipslərinin hazırlanması prinsipi orijinal kartofdan götürülüb: təzə bananlar incə dilimlərə kəsilir, şəkər siropuna batırılaraq qaynar yağda qızardılır. Nəticədə, banan çipslərinin heç bir faydası olmadığı üzə çıxır.

Az yağlı məhsullar

Arıqlamaq istəyənlər arasında az yağlı qidaların populyarlığı yalnız fəst-fud sevgisi ilə müqayisə edilə bilər. Eyni zamanda, az yağlı qatıqlar və pendirlər göründüyü qədər dietik deyil. Fakt budur ki, məhsullardan yağları texnoloji və ya kimyəvi yolla çıxarılmaqla istehsalçılar onları kompensasiya etmək üçün ləzzət artırıcılar əlavə edir. Bundan əlavə, bu cür məhsulların istifadə müddətini artırmaq üçün istehsalçılar onlara trans yağlar əlavə edirlər ki, bu da çoxsaylı araşdırmalara görə xolesterini artırır. Belə məhsullar az kalorili olmasına baxmayaraq, müxtəlif kimyəvi əlavələr səbəbindən bədənimizə yalnız mənfi təsir göstərir.

Müsli

Bu məhsulları zərərli edən onlara səxavətlə əlavə olunan şəkər tozu və bitki yağlarıdır. Bu məhsulun 100 qramında təxminən 400 kalori var ki, bu da onu dietik qidalar siyahısından kənarlaşdırır. Səhər yeməyindən imtina edə bilmirsinizsə, özünüz hazırlayın, tam taxıl məhsulları, fındıq və quru meyvələri qarışdırın.

Konserviləşdirilmiş ət

Bunların hamısı sizin iştirakınız olmadan hazırlanmış ət məhsullarıdır: konservlər, kolbasa, kotlet - ümumiyyətlə hər hansı yarımfabrikatlar. Dietoloqlar bu cür məhsulları pəhrizdən tamamilə çıxartmağı məsləhət görürlər, çünki inanılmaz miqdarda duz, qoruyucu maddələr və kimyəv qatqılar tərkibində qanda xolestererini artıran zərərli yağlar var, bu isə piylənmə və ürək xəstəliklərinə də səbəb ola bilər.

Mayonez

Mayonez bütün souslar arasında zərərliliyə görə rekordçudur. Onu hazırlamaq üçün yalnız dörd maddəyə ehtiyacınız var: bitki yağı, yumurta, sirkə və ədviyyat. Amma siz indi satılan mayonez etiketinə baxın. Salat hazırlamaq üçün istifadə edilən mayonezin resepti daha çox kimya dərsliyinə bənzəyir. Evdə hazırlanmış mayonezin problemi yalnız kalori tərkibi ilə bağlıdırsa, mağazada bu meyar ən kiçik problemlərdən biridir. Bu halda məhsulun illərlə saxlanılması üçün tərkibinə qatılan kimyəvi maddələrin hansı faydasından söhbət gedəcəyini özünüz düşünün.

Marqarin

Əslində, marqarin su, emulsifikatorlar və ən əsası bitki mənşəli yağlar əsasında istehsal olunur, əsasən genetik modifikasiya edilmiş soyadan əldə edilir. Marqarinin ziyanı daha çox onun tərkibində trans yağları olmasıdır, dediyimiz kimi, xolesterini artırır və ürək xəstəliklərinin inkişafını stimullaşdırır. (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4489   Tarix: 20 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318