İtaliyadakı xəstəxanadan İLK GÖRÜNTÜLƏR - MORQDA YER YOXDUR - FOTO

İtaliyadakı xəstəxanadan İLK GÖRÜNTÜLƏR - MORQDA YER YOXDUR - FOTO

Son 24 saat ərzində İtaliyada koronavirusdan 475 nəfər ölüb. Virusun ən çox yayıldığı Lombardiya bölgəsinin Berqamo şəhərində ölənləri yerləşdirmək üçün morqda yer qalmayıb.

BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, dünən gecə meyitləri hərbi maşınlarla digər şəhərlərə daşımağa başlayıblar.

35 mindən çox koronavirus xəstəsi və xəstəlikdən ölənlərin 3 minə yaxın olduğu İtaliyanın Bergamo şəhərindəki qəbiristanlıq yaxınlığında düzülmüş hərbi maşınların şəkilləri bu gün bir çox yerli qəzetlərdə dərc olunub. Son günlərdə ölənlərin sayının artdığı üçün 65 tabut digər şəhərlərə aparılıb.

Koronavirusun yayılması ilə bağlı görülən tədbirlər çərçivəsində yas mərasimləri qadağan olunduğuna görə cənazə prosedurları çox az adamın iştirakı ilə həyata keçirilir. Ölənlərin yaxınları karantində olduğu halda isə dünyasını dəyişənlər ailə üzvləri olmadan basdırılırlar.

İtaliyada qeydə olunan 2978 ölüm hadisəsindən 1959-u Lombardiya bölgəsindəndir. Ölkə daxilindəki 35 mindən çox xəstənin yarısı da bu bölgədədir.

10 milyon əhalisi olan Lombardiyanın 12 əyalətindən biri olan Bergamoda bu günə qədər 4305 nəfərdə koronavirus aşkarlanıb. Şəhərdə son 24 saatda 93 nəfər ölüb.

Bergamo xəstəxanalarında çalışan həkimlər virusun tibb işçiləri arasında da çox yayıldığını bildirirlər.

Bergamo Tibb Birliyinin başçısıi Quaydo Marinoninin sözlərinə görə, şəhərdəki 600 ailə həkimindən 118-i xəstədir. Tibb işçilərindən biri 65 yaşında vəfat edib.

"Artıq meyitxanalarda yer yoxdur. Bu, apokalipsis ssenarisinə bənzəyir", - deyə Marinoni fikrini bildirib.

İtaliyadakı xəstəxanadan İLK GÖRÜNTÜLƏR - MORQDA YER YOXDUR - FOTO

İtaliyadakı xəstəxanadan İLK GÖRÜNTÜLƏR - MORQDA YER YOXDUR - FOTO

İtaliyadakı xəstəxanadan İLK GÖRÜNTÜLƏR - MORQDA YER YOXDUR - FOTO

İtaliyadakı xəstəxanadan İLK GÖRÜNTÜLƏR - MORQDA YER YOXDUR - FOTO

İtaliyadakı xəstəxanadan İLK GÖRÜNTÜLƏR - MORQDA YER YOXDUR - FOTO

İtaliyadakı xəstəxanadan İLK GÖRÜNTÜLƏR - MORQDA YER YOXDUR - FOTO

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 9914 Tarix: 19.03.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər