Cəzasız qalan sadist "ölüm həkimi" – Yozef Mengele əsirlər üzərində dəhşətli sınaqlar aparırmış

Cəzasız qalan sadist "ölüm həkimi" – Yozef Mengele əsirlər üzərində dəhşətli sınaqlar aparırmış"Ölüm həkimi" – Adolf Hitlerin böyük rəğbət bəslədiyi Yozef Mengeleni belə adlandırıblar. Yüz minlərlə insanın həyatına son qoyan Mengele ən qəddar nasist cinayətkarlardan biri olub. Bəzi mənbələrə görə, iki milyonadək insan "ölüm həkimi"nin qurbanına çevrilib.

Yozef Mengele 1911-ci ildə Bavariyada anadan olub. Onun atası "Karl Mengele və oğulları" şirkətinin yaradıcısı və sahibi olub. Şirkət böyük torpaq sahələri və kənd təsərrüfatı avadanlıqları istehsal edən müəssisələri ilə tanınıb. Ailə kifayət qədər zəngin yaşayıb. Hitler bu ailəni şəxsən tanıyıb, Mengelelər öz şirkətlərinin gəlirlərindən nasist partiyasına mütəmadi olaraq ianələr ayırıb, pul vəsaiti ilə yardımlar ediblər.

Yozef Mengelenin özündən böyük iki qardaşı atasının işini davam etdirsə də, o, fərqli bir sahəni seçib, Bonn, Vyana və Münxen universitetlərində yüksək ali tibbi təhsil alıb.

1938-ci ildə Yozef Mengele nasist partiyasına və SS-ə daxil olub, 1940-cı ildə tank diviziyasında hərbi həkim kimi xidmətini davam etdirib. 1942-ci ildə şərq cəbhəsində ağır yaralanan Mengele xidmətdən tərxis olunub.

Qısa müddətli müalicədən sonra Yozef Mengele 3-cü Reyxin təşəbbüsü ilə Osvensim düşərgəsinə həkim göndərilib. O, bu ölüm məkanının baş həkimi olub.

Yozef Mengelenin Osvensimdə əsas fəaliyyəti düşərgədə saxlanınanlara tibbi yardım göstərmək deyil, onların üzərində sınaq aparmaqdan ibarət olub. Mengele insan ağlına sığışmayan "sınaq"larını məhz bu düşərgədə həyata keçirib.

"Yeni kəşflər qurbanlar tələb edir və bizim insanlar üzərində keçirdiyimiz sınaqlar tibb elminin inkaşafı naminədir, bu işlərdə heç bir günah əməl yoxdur" deyən Mengele sözün əsl mənasında ağxalatlı cəlladı xatırladıb.

Mengele insan orqanizminin ağrılara dözümlük dərəcəsini "müəyyənləşdirmək" üçün düşərgədə saxlanılanlar üzərində əməliyyatlar aparıb, onların aşağı və yuxarı ətraflarını kəsib, qarın boşluğunu yararaq daxili orqanlarını çıxarıb və əməliyyatlar narkozsuz, ağrıkəsicisiz aparılıb.

İnsan gözünün rənginin dəyişdirilməsi üçün Mengele xüsusi kimyəvi maddələr hazırlayıb, həmin məhlulları düşərgədə saxlınılan qadınların gözlərində sınaqdan keçirib.

Mengelenin əsas təcrübələri əkizlər üzərində olub. O, alman qadınlarının daha çox əkiz uşaqlar dünyaya gətirməsi üçün bütün bilik və bacarığından "istifadə" edib, bu sahədə təcrübə toplamaq məqsədilə düşərgə sakinlərini amansızcasına məhv edib. Belə ki, Osvensimdə fəaliyyət göstərdiyi illər ərzində Mengele 1500 əkiz cütlüyün üzərində sınaqlar keçirib, onların orqanlarını və qanını dəyişib, cütlüyün birinin bütün orqanlarını çıxarıb, onları bir-birlərinə tikərək iki orqanizmin bir orqanizmdə yaşamasını yoxlayıb.

Uşaqlar Mengelenin sınaqları üçün əsl xammala çevrilib. Cibində konfet gəzdirən "ölüm həkimi" sadist xarakteri ilə əvvəlcə onları konfetlə sevindirib, sonra azyaşlı uşaqların bir litr qanla yaşamasının mümkün olmasını öyrənmək üçün onların ölüm həddinə çatana qədər qanlarını alıb.

Osvensimdə Yozef Mengele söz sahiblərindən biri sayılıb. Düşərgəyə yeni gətirilənləri qatar qarşısında o, şəxsən qarşılayıb. Məhz onun sözü ilə kimin düşərgəyə buraxılması, kimin isə yerindəcə öldürülməsinə qərar verilib.

300-500 nəfərin saxlanıldığı baraklarda əgər bir nəfər adi yoluxucu xəstəliyə tutulubsa, Mengele barakda olanların hamısının qaz kamerasında öldürülməsinə göstəriş verib.

Beləliklə, hər gün saysız-hesabsız insanlar Yozef Mengelenin "həkimlik fəaliyyəti"nin qurbanı olub.

Almaniyanın məğlubiyyətindən sonra Yozef Mengele onu nə gözləyəcəyini yaxşı anlayıb. 1945-ci ilin aprel ayında Mengele qanlı xalatını sıravi əsgər forması ilə dəyişərək Bavariyaya qaçıb. O, burada ad və soyadını dəyişərək yeni pasport almağa müvəffəq olub. Hər an tutulmaq təhlükəsini nəzərə alan Mengele 1949-cu ildə Argentinaya qaçıb.

"Ölüm həkimi" Argentinada bir neçə il qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olub. Abort üzrə mütəxəssis kimi "tanınan" Mengele 1958-ci ildə gənc bir qadını abort edərkən onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı o, istintaqa cəlb olunub, amma cəzası çox da ağır olmayıb.

Osvensimdə daha çox yəhudiləri məhv etdiyindən İsrailin xüsusi xidmət orqanları Mengelenin axtarışı ilə ciddi məşğul olublar. Onlara Yozef Mengelenin Argentinada başqa ad altında (o, özünə başqa bir faşist cəlladı Adolf Eyxmanın ad-soyadını götürüb) yaşadığı məlum olub. Bundan xəbər tutan Mengele Brazilyaya qaçıb.

35 il ərzində törətdiyi cinayətlərdən yayınan Yozef Mengele 1979-cu ildə Brazilyada insultdan vəfat edib. Ancaq axtarışlar bütün Cənubi Amerika ölkələrində davam etdirilib. Mengelenin Bavariyada ad və soyadının dəyişməsi aşkar ediləndə axtarışlar öz nəticəsini verib. 1985-ci ildə, ölümündən 6 il sonra Yozef Mengelenin, daha dəqiqi, Adolf Eyxmanın dəfn olunduğu yer tapılıb.

Dəfn olunan şəxsin kim olduğunu dəqiqləşdirmək üçün eksqumasiya qərarı verilib, cəsədin qalıqları ekspertizaya göndərilib. Ayrı-ayrı bir neçə ekspert qrupu eyni rəyi verib – cəsədin qalıqları "ölüm həkimi"nə, Yozef Mengeleyə məxsus olub.

Yozef Mengelenin sümükləri San-Paulu Universitetinin tibb fakültəsinə verilib. Hazırda bu fakültədə təhsil alan tələbələr onun sümüklərindən təcrübə və sınaq üçün istifadə edirlər. Yəqin ki, cəzasız qalan Yozef Mengele üçün ölümündən sonra olsa da, ən böyük cəza elə budur...

Mənbə: Musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4061   Tarix: 19 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660