Motsart doğulub, Motsart olmamaq

Motsart doğulub, Motsart olmamaqBeyin hər şeyi – nəyin yanından keçdiyini, nəyi qoxuladığını, daddığını, eşitdiyini, toxunduğunu və s. yadında saxlayır. Beyin – ələk deyil. Ondan heç nə tökülmür. Biz heç nəyi unutmuruq, sadəcə məlumatlarımızın çox hissəsi "Digər" qovluğunda saxlanılır. Ona görə də pis musiqi dinləmək, pis kitablar oxumaq, qabağına çıxan hər zir-zibili yemək, içmək, pis insanlarla ünsiyyətdə olmaq düzgün deyil.

Ümumi olaraq desək, yaradıcılıq üçün koqnitiv nəzarəti yığışdırıb, səhv etməkdən qorxmamaq lazımdır.

Səhvlər – onlar möhtəşəmdirlər. Həm də səhvin nə olduğunu deyə kim bilər ki?

"Genləri ilə bəxti gətirmək – miras yolu ilə sənə çatan "Steinway" royalı kimidir. Amma, onda ifa etmək üçün yenə də öyrənmək lazımdır".

Tatyana Çerniqovskaya

Bir çox yaradıcı insan deyir ki, aydınlanma qəflətən, gündəlik, həll etməyə çalışdığımız məsələylə əlaqəsi olmayan işlərlə məşğul olduğumuz anda gəlir: mən televozora baxıram, kitab oxuyuram və anidən məndə uzun müddət gəlib çıxmayan əlaqə ortaya çıxır!

Elmin tarixi də buna şahiddir: kəşfi planlamaq olmaz və ideyalar insan buna hazır olmadığı zamanlarda ortaya çıxır.

Kəşfləri planlaşdırma yolu ilə etmək olmaz. Düzdür, bu fikrə əsaslandırılmış bir əlavəm də var: onlar özlərinə hazır olan beyinlərə gəlirlər. Mendeleyevin cədvəli onun aşbazının yuxusuna girməmişdi. O, özü uzun müddət bu cədvəlin üzərində işləyib, beyni düşünməyə davam edib və bu kəşf yuxusunda ortaya çıxdı. Mən belə deyirəm: Mendeleyevin cədvəlinə öz tarixçəsi bezdirici gəldi və o, bütün gözəlliyi ilə öz yaradıcısının yuxusuna gəlməyi qərara aldı.

İnsanlarda məsələlərə baxış tərzi düzgün deyil: onlar hesab edirlər ki, məsələn, aşbaz işi dirijorluqdan yaxşı deyil. Bu isə belə deyil: mən sizə qurman kimi deyirəm, dahi aşbaz bütün dirijorları kölgədə qoyar. Onları müqayisə etmək turş bir şeylə kvadratı müqayisə etməyə bərabərdir – sual düzgün qoyulmayıb. Hər kəs öz yerində yaxşıdır.

"Hamı kimi" düşünməmək və ya yaradıcı uşaqların problemləri

Yaradıcı insanlar özləri öyrənirlər və bunu erkən yaşlardan etməyə başlayırlar. Özlərinin qeyri-adi ideyalarını, ixtiralarını onlar heç vaxt ekstraordinar bir şey hesab etmirlər. Bu onlar üçün ən adi və görünən bir şeydir. Çox vaxt anlamırlar ki,əgər hər şey belə aydın görünürsə, onların bu işdəki rolları nədədir.

Bir qayda olaraq belələrinin məktəb illəri əziyyətli olur, onların çoxu müəllimlərindən ağıllıdır. Onlar əlbəttə ki, müəllimləri qədər bilə bilməzlər, lakin onlardan daha ağıllı ola bilirlər. Buna görə də cəmiyyətin təzyiqi altında mürəkkəb vəziyyətlərə düşürlər.

Uşaq həkimi-terapevt olan bir həmkarım belə bir əhvalat danışmışdı. Məktəbdə hər zaman "2" alan yeddi yaşlı bir oğlan evində otura-otura buxar mühərriki ixtira edib. Nəinki ixtira edib, həm də onu özü yığıb. Təsəvvür edin: günəbaxan yağıyla işləyən buxar mühərriki qızmış yağı ətrafa sıçrada-sıçrada evdə o yana-bu yana gedir. Amma, buna baxmayaraq hamı bu uşağı axmaq hesab edir.

Mütaliə nə üçün vacibdir?

İnkişaf etmək üçün mürəkkəb ədəbiyyat oxumaq lazımdır. Əvvəldən sona qədər xətti mütaliə (sözbəsöz, cümləbəcümlə) vacibdir. Seçilmiş sözə klik etməyi, onun daxilində itib batmağı məcbur edən hipermətn düşüncə pozulmasını yaradır. Belə tip oxu qaydası ilə böyümüş insanlar böyük mətni oxumaq iqtidarında deyillər. Onlarda şüuru darmadağındır – hər yerdən nəsə var. Uşaqdan soruşanda ki, oxuduğun hekayə nə haqqındadır, o oxuduqlarını yenidən sizə danışa bilməz.

Mütaliənin gələcəyinə dair alimlərin proqnozları nikbin deyil – onlar gələcəkdə intellektual elitanın imkanları ilə yer kürəsinin əhalisinin əsas kütləsi arasında ciddi uçurumun yaranacığını təxmin edirlər.

Əgər uşaqlar ancaq komikslərlə məşğul olsalar, onlarda nəinki qəliz ədəbiyyatın mütaliəsi üçün lazım olan alqoritm – hansı ki, şüuru formalaşdırır, eyni zamanda mürəkkəb düşüncə tərzi üçün də alqoritm yaranmayacaq. Onlar ancaq onlara hamburger gətirəcək düyməyə basmaq haqqında düşünəcəklər.

Əvvəllər hesab edildiyi kimi, beyin yalnız uşaqlıqda plastik olmur. Onun ömrün sonuna qədər yeni neyron rabitələrini əmələ gətirməsi sübut olunub. Darıxdırıcı və gündəlik işlər istisna olmaqla, istənilən fəaliyyət beyinə fayda verir. Əsas odur ki, daim dəyişən, mürəkkəb informasiya ilə əlaqə qursun.

Gələcəkdə yüksək səviyyəli təhsil almaq qabiliyyəti yalnız "həsr olunmuşların" əlinin çatacağı elitar imtiyaz ola bilər."Qızılgülün adı" romanında Kitabxanaya yalnız mürəkkəb bilikləri mənimsəyənləri buraxmağı təklif edən Umberto Ekonu xatırlayaq. Mürəkkəb ədəbiyyat mütaliə etməyi bacaranlar və sadəcə başlıqları oxumaqla internetdən məlumat toplayanlar arasında haçalanma baş verəcək və bu haçalanma gələcəkdə get-gedə böyüyücəkdir.

Əgər biz yarım il boyunca divanda uzanıb qalsaq, sonra ayağa qalxa bilmərik. Beyin axmaq jurnalları oxusa, axmaqlarla ünsiyyətdə olsa, yüngül və mənasız musiqiyə qulaq assa, səviyyəsiz filmlər izləsə o zaman şikayət etmək faydasız olacaq. Beyin ağır yük almağı bacarmalıdır. Ağır – burada açar sözdür. Beyin çətinlik çəkməlidir. Kimin üçünsə asan oxunan kitab, sizin üçün qəliz ola bilər. Başa düşmədiyiniz bir filmi götürək; demək ki, siz düşünəcəksiniz, başqalarının film haqqında tənqidlərini oxuyacaqsınız. Ya da ki, rejissorunun nə demək istədiyini anlamadığınız tamaşaya baxacaqsınız. Belə halda beyin işləməklə məşğul olacaq.

Tatyana Çerniqovskaya – Biologiya elmləri doktoru, professor, neyroelm, psixolinqvistika və şüür nəzəriyyəsi sahəsində alimdir. 2017-ci ildə Rusiya Elmlər Akadeiyası tərəfindən elmi biliklərin təbliğatındakı nailiyyətlərinə görə Qızıl medalla təltif olunmuşdur.

Motsart doğulub, Motsart olmamaq(coaching.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 843   Tarix: 13 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490