Aliment ödənilmədiyi halda, atalıq hüququndan məhrumetmə mümkündür?

Aliment ödənilmədiyi halda, atalıq hüququndan məhrumetmə mümkündür?

Nikahın pozulmasından sonra tərəflər arasında yaranan problemlərdən biri də alimentin ödənilməməsi ilə bağlıdır. Uzun məhkəmə çəkişmələrinə səbəb olan problemin sonu bəzi hallarda atalıq hüququndan məhrum etmək kimi iddaların da ortaya atılmasına gətirib çıxarır. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir?

BiG.AZ-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı e-huquq.az-ın sualını vəkil Gülşən Salmanova cavablandırıb.

O bildirib ki, yalnız aliment ödəməmək səbəbindən atalıq hüququndan məhrumetmə mümkün olmadığını deyil.

“Müraciət edildiyi təqdirdə məhkəmə bütün hallara hüquqi qiymət verəcək. İşin bütün halları obyektiv qiymətləndirilməlidir. Alimentin ödənilməməsinin səbəbləri araşdırılmalıdır. İstənilən halda atalıq hüququndan məhrumetmə çox vacib bir mexanizmdir. Yəni, şəxsi yalnız alimentin ödənilməməsi səbəbindən bu hüquqdan məhrum etmək hesab edirəm ki, düzgün olmaz. Ona görə də digər hallar da araşdırılmalıdır”, - deyə, vəkil qeyd edib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 909 Tarix: 13.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər