Məşhur müğənni boşana bilmədi: COVİD-19-a görə

Məşhur müğənni boşana bilmədi: COVİD-19-a görə

Rusiyalı məşhur müğənni Lolita Milyavskayanın əri Dmitri İvanovdan boşanması ilə bağlı Moskvada keçirilməli olan məhkəmə iclası baş tutmayıb.

Life.ru xəbər verir ki, buna səbəb Lolitanın vəkili Sergey Jorinin koronavirusla (COVİD-19) bağlı karantinə alınması göstərilib.

Məlumatlara görə, o, martın əvvəlində İtaliyadan gəlib və karantinə alınıb.

Prosesin martın 27-də baş tutacağı bildirilib.

Qeyd edək ki, Lolita əri ilə 2009-cu ildə tanış olub və bir ildən sonra toy mərasimi baş tutub. 2019-cu ilin iyulunda isə məşhur müğənni boşanmaq üçün məhkəməyə müraciət edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ümumilikdə bu virusa yoluxanların sayı 130 mini keçib. Rusiyada isə 34 nəfərdə bu infeksiya təsdiqlənib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2764 Tarix: 13.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər