Kanadanın baş nazirinin xanımında da KORONAVİRUS

Kanadanın baş nazirinin xanımında da KORONAVİRUS

Kanadanın Baş naziri Castin Trudonun həyat yoldaşı Sofi Qregori Trudo koronavirusa yoluxub.
 
BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kanada Baş Nazirlik İdarəsindən verilən açıqlamada bildirilir.

Məlumata əsasən, Baş nazir Castin Trudonun vəziyyəti yaxşıdır, heç bir xəstəlik əlaməti yoxdur. Lakin o, öz xoşuyla 14 gün karantində qalıb evdən işləyəcək. Həkimin tövsiyəsinə görə, bu mərhələdə xəstəlik əlaməti olmasa, baş nazirdən analiz götürülməyəcək.

Bundan başqa, Castin Trudo ilə təmasda olan insanlar üçün də heç bir təhlükənin olmadığı vurğulanıb.

ABŞ prezidenti Donald Tramp da bu gün Trudo ilə telefon danışığı aparıb. Danışıqlar zamanı "Covid-19" virusu ilə bağlı vəzziyyət, xəstəliyə qarşı görüləcək tədbirlər və digər mühüm məsələlər müzakirə olunub.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 991 Tarix: 13.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər