Xoşbəxtlik axtarışında

Xoşbəxtlik axtarışındaBiz hamımız həmişə xoşbəxtliyin uzun sürməsini istəyirik. Təəssüf ki, həyatımızda baş verən hadisələr demək olar ki, xoşbəxt olmağımıza mane olur.

Həyatda uğursuzluq və ya imtinalarla üzləşə bilərik, xoşagəlməz, ya da ki, çətin insanlarla qarşılaşaraq bəyənmədiyimiz bir yerdə işləyə bilərik və ya planlarımız yaxşı nəticələnməyə bilər. Bu hadisələr bizi xoşbəxtlik və məmnunluq duyğularından uzaqlaşdırır və vaxt keçdikcə ağlımıza və davranışımıza təsir göstərir.

Daim pis təcrübələrdən keçmək beynin davamlı olaraq problem, çətinlik və bədbəxtlik gözləməsinə səbəb olur. Bu, öz növbəsində mənfi düşüncə tərzini formalaşdırır və yaxşı bir hadisə olduqda belə pis bir şey olacağını gözləməyə səbəb olur, nəticədə isə xoşbəxt olmağa mane olur. İnsanlar yaşadıqları hər hansı bir xoşbəxtliyin tezliklə pis bir şeylə əvəz olunacağından qorxurlar. Xoşbəxt bir insan olmaq üçün sizi məhv edən bu vərdişlərdən uzaqlaşmalısınız.

Biz adətən xoşbəxtliyi aşiq olmaq, şənlikdə yaxşı vaxt keçirmək, irəliyə doğru inkişaf etmək kimi xarici amillərlə əlaqələndiririk.

Bütün bunlar xoşbəxtliyə səbəb olsa da, xoşbəxt olmaq üçün onlardan asılı olmaq düzgün deyil. Özünüzü xoşbəxt hiss etməyiniz üçün nəsə baş verməsini gözləməyə ehtiyac yoxdur, onları özünüz yarada bilərsiniz.

Kiçik dəyişikliklər edərək, xoşbəxtlik vərdişi yarada bilərsiniz.

Xoşbəxtlik, kənar hadisələrin və fəaliyyətlərin nəticəsi kimi görünsə də, əslində xoşbəxtlik insanın içində olur. Daxildə olan və insanı rahat edən o xoşbəxtlik hissini sahibindən başqa heç kim hiss edə bilmir. Xosbəxtlik hissini sən sevdiyin və zövq aldığın işlə məşğul olanda, özünü sakit və hüzurlu hiss edəndə duyursan. Bu hissi sən xoş xəbər eşidəndə və eşitdiyin xəbər səni xəyallara, öz problemlərindən uzaqlara apardıqda yaşayırsan.

Xoşbəxtlik yaxşı hiss etdiyimiz zaman həqiqətən daha müsbət baxmağa imkan verən bir ruh halıdır və başqa insanlardan, vəziyyətlərdən və hadisələrdən asılı deyil. Bu həyatımızda baş verən hər hansı bir mənfi hadisəyə baxmayaraq xoşbəxt ola biləcəyimiz deməkdir. Əks halda, sizin xoşbəxtliyiniz, hüzurunuz və hissləriniz digər insanlardan asılı olacaq. Bu isə çoxda yaxşı hal deyil.

Xoşbəxtlik subyektiv bir hissdir. O, adi məmnunluq hissindən tutmuş güclü sevinc hissinə kimi müxtəlif duyğularla səciyyələnən xüsusiyyətdir. İnsan özünü xoşbəxt hiss edəndə, hər cür stressdən və problemlərdən uzaq olmuş olur.

Bu, imkansız kimi görünə bilər, lakin həyatda imkansız deyilən bir şey yoxdur! Əminəm ki, nə cür yaşamağınızdan və hansı təcrübələrdən keçməyinizdən asılı olmayaraq, həyatınızda çox xoşbəxt anlar yaşamısınız. Hətta ən ağır günlərdə belə xoşbəxtlik anları olur.

Xoşbətlik ruhun rahatlığıdır, daxili harmoniyadır. İnsan xoşbəxt olanda özünü quş kimi azad və rahat hiss edir. Bütün problemlər və çətinliklər bir müddət də olsa unudulur.

Sizin üçün hazırladığımız bir neçə kiçik vərdişlərlə, həyatınızı daha çox xoşbəxt edə bilərsiniz. Müəyyən davranışları özümüzdə vərdiş halına salmaqla, ailəmizdə, sağlamlığımızda, işimizdə və münasibətlərimizdə gözəl nəticələrə nail olmaqla XOŞBƏXT ola bilərik.

Xoşbəxt olmaq üçün 8 vərdiş

1. Kiçik şeylərdən həzz almağı öyrənin

Özünü xoşbəxt et. Sehirli bir möcüzənin gəlib səni tapacağına və xoşbəxt edəcəyini gözləmə.

Bir neçə sadə yol var ki, onların sayəsində biz hər gün özümüzü sakit, rahat və xoşbəxt hiss edə bilərik.

Səhər tezdən gəzintiyə çıxmaq
Günü gözəl bir səhər yeməyi ilə başlamaq
Yaxşı bir kitab oxumaq
Əyləncəli bir film izləmək
Uşaqlarınızla vaxt keçirmək
Özünüzə, bacarıqlarınıza və marağınıza nəzər yetirin və hər gün zövq ala biləcəyiniz bir şey tapın. Bu məşğuliyyətlər sayəsində əsəbləriniz sakitləşəcək və qısa müddət ərzində olsa da, sizi narahat edən bütün problemlər unudulacaq.

2. Təbiətlə birləşmək üçün vaxt tapın

Təbiətin sakitləşdirici hüzurunu hiss etmək üçün səy göstərin…

Sakit bir təbiət guşəsinə (parka, meşəyə, dənizə) gedin…

Bayıra çıxmaq, təbiətlə bağ qurmaq, həyatımıza daha çox xoşbəxtlik gətirərək, bədbin düşüncələri və mənfi duyğuları da alıb aparar.

3. Dostlarınızla vaxt keçirməkdən zövq alın

Dostlarınızla birlikdə olduğunuz hər dəqiqənizdən zövq almağa çalışın! Onlarla birlikdə əylənin, gəzin, gülün, sevin, sevilin! Bir sözlə yeməyinizi, içəcəyinizi və sevincinizi dostlarınızla paylaşmaqdan həzz alın.

Paylaşmaq gözəldir. O, dostluğa bambaşqa rəng qatar.

Təcrübələrinizi və xüsusilə də sevinclərinizi bir-birinizlə bölüşməkdən çəkinməyin!

Əğər hər hansısa problemi dostlarınızla müzakirə etmək istəyirsinizsə, bunun üçün uyğun bir zaman seçin. Danışdıqca, dinləməyi də öyrənin! Dostlarınızın problemləri haqqında soruşun və lazım gəlsə, dəyərli məsləhətlər verin.

4. Həsəd və paxıllıq hisslərindən uzaq olun

Başqalarının uğurlarına ürəkdən sevinin – bunu öyrənmək lazımdır. Bundan ilhamlanmaq lazımdır. Bu, uğur qazanmağınızda sizə kömək edən stimul olacaq. Hər kəsin uğur əldə etmək şansı var və bu imkanları dəyərləndirmək yalnız sizin əlinizdədir. Həsəd aparmağa dəyərmi?

Heç bir halda başqalarına həsəd aparmayın!

Paxıllıq inamsızlıqdan, özünə inamın olmamasından yaranır və sanki bütün dünyaya insan özünü zəif və bacarıqsız olduğunu bəyan edir. Yalnız başqalarının xoşbəxtliyini bölüşərək siz uğuru özünüzə cəlb edə bilərsiniz. Ancaq unutmayın ki, özünüzə qiymət yazan qələm sizin öz əlinizdədir!

5. Sizi əhatə edən insanlara qarşı mehriban və diqqətli olun

İnsan əgər başqalarına diqqət edərsə və onların ehtiyaclarını görməyə çalışarsa və onları da xoşbəxt etməyə çalışarsa, özü də xoşbəxt olar. Bu mehribanlıq hissi elə bir duyğudur ki, insanda ruhu rahatlıq və sevinc hissi yaradır.

6. Hər şeyi olduğu kimi qəbul etməyi öyrənin
Həyat hər zaman sevindirici olmur, bunu bilirik. Çətinliklərlə üzləşəndə hər şeyi olduğu kimi qəbul etmək o qədər də asan deyil. Bəs nə etməli? Yaşanan hər şeyi qəbullanmaq hər cəhətdən insanı rahatladan bir yoldur. Əks halda üsyan edəcəksiniz. Bütün səhvlərinizi, yanlış seçimlərinizi, pis xatirələrinizi və özünə peşmançılıq kimi gördüyünüz hər şeyi sevin.

Düşüncənizi dəyişdirin və həyatınızı dəyişdirəcəksiniz. Bunun üçün əlinizdən gələni edin! Özünüzü tapın və bu daima sizə mənəvi rahatlıq və daxili xoşbəxtlik gətirəcəkdir!

7. Başqalarının sizin haqqınızda nə dediklərinə və düşündüklərinə əsla fikir verməyin

Heç bir zaman xoşbəxtliyinizin digər insanların dediklərindən və ya etdiklərindən asılı olmasına imkan verməyin. İnsanlar nə istəyir düşünə, edə və hətta sizi tənqid edə bilər! Əsas odur ki, siz bunu çox önəmsəməyəsiniz. Sizin xoşbəxtliyiniz həmişə yalnız sizin öz əlinizdə olduğunu unutmayın və yalnız siz onu daha yaxşı və ya pis bir tərəfə dəyişə bilərsininiz.

Digərlərinin sizin haqqınızda nə düşündüyü və ya dedikləri – onların problemidir! Bunun sizə təsir göztərməsi üçün heç bir səbəb yoxdur. Hər şeyi ürəyinizə salmayın onda heyatınız daha da xoşbəxt olacaq.

8. Xoşbəxtliyinizin xarici vəziyyətlərdən asılı olmadığını başa düşməyiniz vacibdir

Qarşılaşdığınız hər bir hadisəyə və ya vəziyyətə nəzarət edə bilməzsiniz. Əgər sizin xoşbəxtliyiniz digər amillərdən asılı olsa, onda təkrar-təkrar məyus ola bilərsiniz.

Özünüzü xoşbəxt hiss etməyiniz üçün sizin nə qədər gözəl insan olduğunuzu söyləyəcək birinə ehtiyacınız yoxdur. Maddi vəziyyətinizdən, məşğuliyyətinizdən, yaşadığınız yerdən və tanış olduğunuz insanlardan asılı olmayaraq da xoşbəxt ola bilərsiniz. Unutmayın ki, xoşbəxt olmağınız öz əlinizdədir!

Xoşbəxtlik kim olduğunuz və ya sahib olduqlarınızla əlaqəli deyil, o düşüncənizlə bağlıdır. Bunu nə qədər tez başa düşsəniz, bir o qədər xoşbəxt olarsınız. Bir sözlə, hər şey öz əlinizdədir!

(coaching.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1279   Tarix: 09 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 252
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 353
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 272
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 636
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 378
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 475
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 472
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 439
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 276